Gənc alimlər şurası

Şuranın məqsədi gənc alim və tədqiqatçıların elmi fəaliyyətə cəlb edilməsi, onların elmi və peşəkarlıq səviyyələrinin yüksəldilməsi, aktual elmi problemlərin işlənməsi və prioritet elmi məsələlərin həlli üçün səylərinin birləşdirilməsi, gənc alimlərin innovasiya fəaliyyətlərinin inkişaf etdirilməsi və yaradıcılıq imkanlarının tam reallaşdırılmasına köməkdən ibarətdir.

Vəzifələri:

• Gənc alim və tədqiqatçıların elmi tədqiqat işlərinin təşkilinin koordinasiyası;

• Gənc alim və tədqiqatçıların iştirakına imkan verən elmi konfranslar, seminarlar, forumlar, sərgilər və    digər tədbirlərin təşkili;

• Gənc alimlərin akademik maraqlarının qorunub və müdafiə edilməsi;

• Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin ayrı-ayrı institutları və respublikanın digər elmi     təşkilatlarında fəaliyyət göstərən Gənc alimlər şuraları ilə əlaqə yaradırlması, birgə tədbirlərin təşkili.

© 2020 Əkinçilik ETİ