Haqqımızda

Haqqımızda

Azərbaycan Elmlər Akademiyasının elmi bazaları, ştat vahidləri və maliyyə vəsaiti əsasında SSRİ Nazirlər Sovetinin 20 may 1950-ci il tarixli 2117 saylı "Azərbaycan SSRİ-in kolxoz və sovxozlarında buğda və pambıq istehsalının artırılması tədbirləri haqqında" qərarı və Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinın və Nazirlər Sovetinin 6 iyun 802 saylı "Azərbaycan SSR-nin kolxoz və sovxozlarında taxıl və pambıq istehsalının artırılması tədbirləri haqda" qərarı ilə Azərbaycan Elmlər Akademiyasının nəzdində Azərbaycan Elmi Tədqiqat Əkinçilik İnstitutu yaradılmışdır. İnstitut 1950-ci ilin oktyabırından fəaliyyət göstərir.
Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinın və Sovet Sosialist Respublikalar İttifaqı Nazirlər Sovetinin 14 fevral 1956-cı il tarixli 253 saylı qərarına, Sovet Sosialist Respublikalar İttifaqı Kənd Təsərrüfatı Nazirliyinin 8 mart 1956-cı il tarixli 87 saylı əmrinə və Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinın və Azərbaycan Sovet Sosialist Respublikası Nazirlər Sovetinin 27 aprel 1956-cı il tarixli 222 saylı "Kənd təsərrüfatı üzrə elmi-tədqiqat müəssisələrinin işinin yaxşılaşdırılmasına dair tədbirlər haqqında" qərarına uyğun olaraq Azərbaycan Sovet Sosialist Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olmaqla Tərtərdə Azərbaycan Dövlət Seleksiya stansiyasının bazasında Əkinçilik İnstitutu yaradıldı. Azərbaycan Sovet Sosialist Respublikası Aqrar Sənaye Komitəsinin 4 aprel 1988-ci il tarixli 321 saylı əmrinə əsasən Azərbaycan ET Əkinçilik İnstitutu respublikada aqrar sənaye kompleksinin Elmi Təminat Mərkəzinə çevrilmişdir.

Fəaliyyət istiqamətləri

Əkinçilik ET İnstitutunun Modernləşdirilmə proqramına uyğun olaraq tədqiqat sahəsində ciddi islahatlar həyata keçirilmişdir. Islahatlara uyğun olaraq Əkinçilik ET İnstitutunun elmi fəaliyyət istiqaməti ölkənin müxtəlif aqroekoloji bölgələri üçün dənli taxıl (buğda, arpa, qarğıdalı), paxlalı (noxud, mərcimək) və yem bitkilərinin (yonca, xaşa, gülül və s.) yeni yüksək məhsuldar və keyfiyyətli, biotik və abiotik amillərə davamlı sort və hibridlər yaradılması və onlardan yüksək məhsul alınmasını təmin edən kompleks becərmə texnologiyalarının elmi və praktiki əsaslarının işlənib hazırlanması, tətbiqi və yayımı kimi geniş və əhatəli məqsəd durur. Qarşıya qoyulan məqsədə nail olmaq üçün institutda yerinə yetirilən 6 tədqiqat proqramı (buğda, arpa, qarğıdalı, ərzaq paxlalıları, davamlı əkinçilik və bitki diversifikasiyası, yemçilik) üzrə 12 mövzu və 26 tədqiqat işlərindən ibarətdir. Bu gün təsdiqlənmiş proqramların məqsəd və vəzifələrinə uyğun olaraq institutun tədqiqat fəaliyyətinə aşağıdakılar daxildir:

• Yerli və introduksiya olunmuşgen plazmasının seçilməsi və hibridləşməsi yolu ilə yüksək məhsuldar və keyfiyyətli, ekoloji cəhətdən uyğunlaşa bilən yeni bitki sortlarının yaradılması;

• Bitkinin abiotik və biotik stress amillərə (quraqlığa, yüksək temperaturaya, duza, qışa və s.) qarşı davamlılığının artırılması;
• Müasir texnologiyaları (əkin dövriyyəsi, zərərvericilərin inteqrə olunmuş idarə edilməsi, torpaq becərmələrinin sayının azaldılması, sudan səmərəli istifadə, ətraf mühitə zərər vurmayan əkinçilik təcrübəsindən istifadə və s.) tətbiq etməklə suvarma və dəmyə əkinçiliyində bitkilərin məhsuldarlığının və keyfiyyətinin artırılması istiqamətində tədqiqat işlərinin aparılması;
• Yeni sort və texnologiyaların yayımına nail olmaq, eləcə də tədqiqat prioritetlərinin müəyyənləşdirilməsində fermerlərin fikirlərini bilmək üçün yayım xidmətləri ilə sıx əməkdaşlıq şəraitində işləmək;
• Təsərrüfat hesablı toxumçuluq sistemi vasitəsilə artırılma üçün bioloji cəhətdən təmiz olan orijinal, super-elit və elit toxumları istehsal etmək.
Yerinə yetirilən 12 mövzudan 8-i tətbiq, 4-ü isə fundamental xarakterlidir. Bu tədqiqatların yerinə yetirilməsində AMEA-nın Genetik Ehtiyatlar İnstitutu, Botanika İnstitutu, Molekulyar Biologiya və Biotexnologiya İnstitutu və Beynəlxalq seleksiya mərkəzləri olan İCARDA və CİMMYT-lə əməkdaşlıq edilir.

Məqsəd və vəzifələr

Bu gün Əkinçilik ET İnstitutunun qarşısında ölkənin müxtəlif aqroekoloji bölgələri üçün dənli taxıl (buğda, arpa, qarğıdalı) və paxlalı (noxud, mərcimək), yem (yonca, xaşa) bitkilərinin yeni yüksək məhsuldar və keyfiyyətli, biotik və abiotik amillərə davamlı sort və hibridlərin yaradılması və onlardan yüksək məhsul alınmasını təmin edən kompleks becərmə texnologiyalarının elmi və praktiki əsaslarının işlənib hazırlanması, tətbiqi və yayımı, otlaq və biçənəklərin məhsuldarlığının artırılması, yemlərin hazırlanması və zootexniki qiymətləndirilməsi kimi geniş və əhatəli məqsəd durur. İnstitutda buğda, arpa, qarğıdalı, ərzaq paxlalıları, yem bitkiləri və davamlı əkinçilik və bitki diversifikasiyası proqramları çərçivəsində bərk və yumşaq buğdaların, arpanın, qarğıdalının, noxudun, mərciməyin, yonca və xaşanın seleksiya və toxumçuluğu, fitopatologiyası, entomologiyası, genetikası, fiziologiyası, biokimyası, biotexnologiyası və becərmə texnologiyası ilə  bağlı tədqiqatlar aparılır. Qarşıya qoyulan məqsədə nail olmaq üçün institutda yuxarıda sadalanan və 2015-2019-cu illəri əhatə edən proqramlar və 15 mövzu üzrə 28 tədqiqat işi yerinə yetirilir. Əkinçilik ET İnstitutu birgə tədqiqatların aparılması, toxum materialının mübadiləsi və kadr hazırlığı sahələrində Beynəlxalq seleksiya mərkəzləri olan CIMMYT və ICARDA, Rusiyanın P.P. Lukyanenko adına Krasnodar ET Kənd Təsərrüfatı və Türkiyənin Əskişəhər Kənd Təsərrüfatı Tədqiqatları İnstitutları, eləcə də AMEA-nın Botanika, Genetik Ehtiyatlar və Neft-Kimya Prosesləri İnstitutları arasında elmi əməkdaşlığı mövcuddur. Buğda, arpa, qarğıdalı, ərzaq paxlalıları, yem bitkiləri və davamlı əkinçilik və bitki diversifikasiyası proqramlarının məqsəd və vəzifələrinə uyğun olaraq institutun tədqiqat prioritetlərinə aşağıdakılar daxildir:

  • Dənli taxıl, paxlalı və yem bitkiləri genofondunun tədqiqi;
  • Abiotik stress amillərə davamlılıq;
  • Biotik stress amillərə davamlılıq;
  • Keyfiyyətin yüksəldilməsi;
  • Məhsuldarlığın artırılması;
  • Otlaq və biçənəklərin yaxşılaşdırılması və səmərəli istifadəsi;
  • Yemlərin hazırlanması və zootexniki qiymətləndirilməsi;
  • Torpaq və su ehtiyatlarından səmərəli istifadəsi.

Bu baxımdan institutun vəzifələrinə aşağıdakı tədqiqat fəaliyyətləri daxildir:

  • Yerli və introduksiya olunmuş rüşeym plazmasının seçilməsi və hibridləşməsi yolu ilə yüksək məhsuldar və keyfiyyətli, ekoloji cəhətdən uyğunlaşa bilən yeni dənli, dənli-paxlalı və yem bitkiləri sortlarının yaradılması;
  • Bitkilərin abiotik və biotik stress amillərə (quraqlığa, yüksək temperatura, duza, qışa, xəstəliklərə və s.)  qarşı davamlılığının artırılması;
  • Müasir texnologiyaları tətbiq etməklə suvarma və dəmyə əkinçiliyində bitkilərin məhsuldarlığının və keyfiyyətinin yüksəldilməsi;
  • Ölkənin yay və qış otlaqları ekosisteminin dayanıqlı idarə edilməsi;
  • Respublikada mövcud olan yem bitkilərinin keyfiyyət göstəricilərinin öyrənilməsi və yem rasionlarının hazırlanmasında istifadəsi;
  • Yüksək kondisiyalı orijinal, super-elit və elit toxumların istehsalı;
  • Yeni sort və texnologiyaların yayımına nail olmaq, eləcə də tədqiqat prioritetlərinin müəyyənləşdirilməsində informasiya məsləhət mərkəzləri ilə əməkdaşlığın gücləndirilməsi.

     Bu məqsədlə hər il institutda 15-20 min tərtibində dənli, dənli-paxlalı və yem bitki nümunələrinin tədqiqi ilə bağlı 75-80 hektarda tarla təcrübələri qoyulur.

Nailiyyətlər

Əkinçilik Elmi Tədqiqat İnstitutunun nailiyyətləri

  • Respublikanın müxtəlif bölgələrinə uyğun aparılan kompleks elmi-tədqiqatlar və təcrübi seleksiya işləri nəticəsində müxtəlif kənd təsərrüfatı bitkilərinin 147 sortu yaradılmış və rayonlaşdırılması üçün KTN yanında Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinə təqdim edilmişdir.
  • İnstitutun 101 sortu, o cümlədən 33 yumşaq və 16 bərk buğda, 15 arpa, 1 çovdar, 1 vələmir, 1 tritikale, 6 qarğıdalı, 5 noxud, 3 mərci, 1 lobya, 1 lərgə, 2 yer fındığı, 5 tütün, 7 yonca, 1 xaşa, 1 çoban toppuzu, 1 əzgən, 1 güllücə sortu rayonlaşmış, seleksiya nailiyyətlərinin Dövlər reyestrinə daxil edilmiş və patentləşmişdir.
  • İnstitutun fəaliyyəti dövründə bir çox işlər Dövlət Elm və Texnika Komitəsi tərəfindən ixtira kimi qiymətləndirilərək 12 müəlliflik şəhadətnaməsi və səmərələşdirici təklif kimi 9 vəsiqə verilmişdir.
  • İlk dəfə olaraq Azərbaycanda taxıl əkinlərində resursmühafizəedici texnologiyaların (tirəyə səpin, sıfır becərmə) elmi-praktiki əsasları işlənib hazırlanmış və tətbiq edilmişdir.
  • İnstitut alimlərinin yaratdığı bir çox bərk buğda sortları (Mirbəşir 50, Qaraqılçıq 2 və s.) öz keyfiyyət göstəricilərinə görə, hətta, dünya standartlarından üstün olmaqla 1981-1989-cu illərdə 11 dəfə Moskva şəhərində Ümumittifaq Xalq Təsərrüfatı Nailiyyətləri  Sərgisində,19 dəfə respublika, 9 dəfə beynəlxalq sərgilərdə, o, cümlədən, 1982-ci ildə Əlcəzairdə və Anqolanın paytaxtı Luanda şəhərində, 1983-cü ildə Həbəşistanın paytaxtı Əddis-Əbəbə,1984-cü ildə Macarıstanın paytaxtı Budapeşt, 1985-ci ildə isə Hindistanın paytaxtı Dehli şəhərlərində və s. nümayiş etdirilərək dəfələrlə yüksək mükafatlara və medallara layiq görülmüşdür.
  • İnstitut yaranandan məqsədli aspirantura da daxil olmaqla 400-dən artıq yüksək ixtisaslı elmi kadr hazırlanmış, onların 260 nəfəri dissertasiya işlərini müvəffəqiyyətlə müdafiə edərək fəlsəfə və elmlər doktoru adına layiq görülmüşdür.
  • İnstitutun fəaliyyəti müddətində alimlərin tədqiqat işlərinin nəticələri 60-a yaxın kitab və monoqrafiya, 219 broşura, 3500 məqalə, 38 plakat, 50 buklet, 6 taxıl sortlarının kataloqu və XXIX cildlik elmi əsərlərin məcmuəsində dərc edilmişdir.

  Əkinçilik ET İnstitutunun rayonlaşmış kənd təsərrüfatı bitki sortları  

S/s

Bitkinin adı

Bitkinin latınca adı

Rayonlaşmış

sortların sayı

1

Yumşaq buğda

Triticum aestivum L.

33

2

Bərk buğda

Triticum durum Desf.

16

3

Arpa

Hordeum vulgare L.

15

4

Çovdar

Secale cereale L.

1

5

Vələmir

Avena sativa L.

1

6

Tritikale

Triticosecale Wittm.

1

7

Qarğıdalı

Zea mays L.

6

8

Noxud

Cicer arietinum L.

5

9

Mərcimək

Lens culinaris Medic.

3

10

Lobya

Phaseolus vulgaris L.

1

11

Yer fındığı

Arachis hypogaea L.

2

12

Tütün

Nicotiana tabacum L.

5

13

Yonca

Medicago Sativa L.

7

14

Xaşa

Onorbrychis viciaefolia Scop.

1

15

Çobantoppuzu

Dactylis glomerata L.

1

16

Əzgən

Kochia prostrata Schrad.

1

17

Lərgə

Lathyrus sativus L.

1

18

Güllücə

Lathyrus sativus

1

Cəmi

   

101

      Əkinçilik Elmi-Tədqiqat İnstitutunun strukturu

 

Rəhbərlik:   

Direktor

Direktor müavini - elmi işlər üzrə

Direktor müavini -istehsalat üzrə

Direktor müavini - ümumi işlər üzrə                   

Elmi katib

 

Şöbələr:      

Bitki seleksiyası

Bitki fiziologiyası

Çəltik bitkisinin seleksiyası və becərmə texnologiyası

Davamlı əkinçilik və bitki diversifikasiyası

Otlaq və biçənəklər                                                                             

İnformasiya təminatı və elmi nəticələrin tətbiqi

İctimai elmlər və xarici dillər kafedrası

Maliyyə və mühasibat uçotu 

Hüquq, kadr və kargüzarlığın təşkili  

Təsərrüfat 

 

Laboratoriyalar:

Modern seleksiya və molekulyar biologiya

Torpaq və bitki analizləri

Dənin keyfiyyəti

Xəstəlik və zəzərvericilərə nəzarət

İlkin toxumçuluq və toxumun keyfiyyəti

Yemlərin texnologiyası və zootexniki  qiymətləndirilməsi

 

Təcrübə bazaları:

Tərtər BTS

Qobustan BTS

Cəlilabad BTS

Zaqatala BTS

Şəki DM (əkinçilik istiqamətli)

ƏETİ YTT-lər Birliyi

Kürdəmir TSS

Ağstafa YTT

Gədəbəy DM

Şəki DM (yemçilik istiqamətli)

Abşeron YTT (yemçilik istiqamətli)

 

Əkinçilik  Elmİ-Tədqiqat İnstitutunun Təşkilati struktur sxemi

Orta müddətli genbank

Akademik C.Ə.Əliyevin rəhbərliyi ilə 2001-ci ildə Əkinçilik ET İnstitutunda təsərrüfat qiymətli kənd təsərrüfatı bitki genofondu kolleksiyasının respublikada ilk orta müddətli saxlanma genbankı yaradılmışdır. Bununla da dənli taxıl, ərzaq paxlalı və yem bitkilərinin yerli və dünya  genofonduna aid nümunələrin toplanması, mühafizəsi, tədqiqi, seleksiya üçün ilkin materialın artırılması, yeni sortların yaradılması, təsərrüfat əhəmiyyətli  bu bitkilərin ən yeni nümunələrinin səmərəli istifadəsi istiqamətlərində fəaliyyətlər üçün geniş imkanlar yaranmışdır.

ƏETİ-nin  mandatına daxil olan bitkilərin (buğda, arpa, qarğıdalı, noxud, mərci, lərgə, at paxlası, soya, yonca, xaşa və s) yerli ənənəvi və həmçinin  ölkəmizin müxtəlif-torpaq iqlim şəraitinə uyğunlaşan  müxtəlif təyinatlı Beynəlxalq pitomniklərdən seçilmiş (CIMMYT, ICARDA və s) introduksiya olunmuş  sort və sabit xətləri sahə kolleksiyaları ilə yanaşı genbank kolleksiyasında da saxlanılır. Həmçinin kolleksiya nümunələrinin genişmiqyaslı tədqiqi, onların xəstəlik və zərərvericilərin yeni raslarına kompleks davamlı, dəyişkən ətraf mühit səraitinə daha çox uyğunlaşmış yeni sortların yaradılması üçün hibridləşmədə istifadəsi məqsədi ilə qorunması təmin edilir.

Genbankda 1450-ə yaxın nümunə mühafizə edilir. Bu nümunələrin duplet nüsxəsi 2004-cü ildən başlayaraq AMEA Genetik Ehtiyatlar İnstitutu nəzdində yaradılmış Milli Genbankda mühafizə edilir.

2009-2011-ci illərdə Beynəlxalq Etimad Fondunun (Global Crop Diversity Trust) dəstəyi ilə Azərbaycan mənşəli dənli taxıl və paxlalı bitki nümunələrinin təbii fəlakətlərdən   sığortalanması və bu müxtəlifliyin dünya birliyi tərəfindən də istifadəsinin təmin edilməsi  məqsədi ilə  Milli Genbankdan müxtəlif Beynəlxalq Gen Banklara və Norveç Krallığı ərazisində, yerləşən Svalbord Şimal Toxum Bankına (Svalbord Global Seed Vault) göndərilmiş nümunələrdən 466-sı (152 ədəd - buğda Triticum aestivum L. və Triticum durum Desf., 200 ədəd - qarğıdalı Zea mays L. - CIMMYT Meksika, 56 ədəd - arpa Hordeum vulqare L.,  28 ədəd mərci Lens culinaris L.- ICARDA Mərakeş, 30 ədəd noxud Cicer arietinum L. - ICRISAT Hindistan) ƏETİ –yə məxsusdur.

Əkinçilik ET İnstitutunun seleksiyaçı alimləri “Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi haqqında” Azərbaycan Respublikası Qanununun (2012-ci il 17 iyul) icrası ilə bağlı MBGE-nin mühafizəsi və səmərəli istifadəsi üzrə idarəetmə sisteminə daxil olan "Elmi-Texniki Şura", ixtisaslaşdırılmış Ekspert Şuraları və İşçi qruplarının üzvləri olaraq, mədəni bitkilərin və onların yabanı əcdadlarının etibarlı mühafizəsi və səmərəli istifadəsi, bu sahədə milli və beynəlxalq əlaqələndirmənin yaxşılaşdırılması, elmi-tədqiqat işlərinin səviyyəsi və maddi-texniki baza­sının yüksəldilməsinin təşkili və tənzimlənməsi istiqamətində milli prioritetlər üzrə fəaliyyətlərdə iştirak edirlər.

© 2020 Əkinçilik ETİ