Xəbərlər

Yaşıl yem və silosluq qarğıdalıdan sonra torpağın becərilməsi

Yaşıl yem və silosluq qarğıdalıdan sonra payızlıq taxıl səpiləcəksə, əvvəlcə sahə bitki qalıqalrından təmizlənir və sonra 20-22 sm dərinlikdə şumlanır. Əgər qarğıdalı üçün vaxtında dərin dondurma şumu aparılarsa və vegetasiya dövründə cərgə aralarında keyfiyyətli becərmə həyata keçrilərsə, o zaman bir qayda olaraq qarğıdalı altından çıxmış tarlalar alaq otlarından təmizlənmiş olur. Qarğıdalıdan sonra tarlada torpağın təmiz və kifayət qədər yumşaq olmasını nəzərə alaraq, belə tarlaları dərindən şumlamaq məsləhət görülmür. Belə tarlalarda taxıl əkini zamanı qarğıdalının gövdələri yığıldıqdan sonra torpağı 10-12 sm dərinliyində diskli üzləyicilərlə iki dəfə becərmək kifayət edir. Müşahidələr və aparılan təcrübələr göstərir ki, bu becərmələr laydırlı üzləyici və ağır diskli malalarla aparıldıqda daha yaxşı nəticə alınır. Bu zaman yanacağa və vaxta qənaət edilmiş olur. Maya dəyəri aşağı düşməklə vəsaitə qənaət olunur.

© 2020 Əkinçilik ETİ