Xəbərlər

Əkinçilik Elmi-Tədqiqat İnstitutunun əməkdaşları Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə və Milli Qurtuluş gününə həsr olunmuş beynəlxalq elmi konfransda iştirak ediblər

Gəncə Dövlət Universitetində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə və Milli Qurtuluş gününə həsr olunmuş “Müasir təbiət və iqtisad elmlərinin aktual problemləri” mövzusunda beynəlxalq elmi konfrans keçirilib.

  Konfrans təbiət və iqtisad elmlərinin aktual problemlərinə həsr olunub. 2 gün davam edən konfransda nəzəriyyə, metodologiya və elmdə yeni tendensiyalar üzrə bilik və nəticələrin mübadiləsi aparılıb.  Konfransda institutun “Bitki fiziologiyası” şöbəsinin aparıcı elmi işçi, biologiya üzrə fəlsəfə doktoru, dosent Təmraz Təmrazov “Buğda genotiplərinin stres şəraitində morfofizioloji, biokimyəvi və aqronomik göstəricilərinin tədqiqi” mövzusunda məruzə ilə çıxış edib.

Tədbirdə “Torpaq və bitki analizləri” laboratoriyasının aparıcı elmi işçisi Zahid Mustafayev də iştirak edib.

© 2020 Əkinçilik ETİ