Elmi şura

Elmi Şura

Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi kollegiyasının 2015-ci il 24 noyabr tarixli 1 nömrəli qərarı ilə təsdiq edilmiş Əkinçilik Elmi-Tədqiqat İnstitutunun Nizamnaməsinə müvafiq olaraq İnstitutun ali idarəetmə orqanı onun Elmi Şurasıdır. Elmi Şura üzvlərinin sayı, tərkibi və Əsasnaməsi institutun direktoru tərəfindən təsdiq edilir. Elmi Şuranın tərkibi hər il  K/T Nazirliyinin Aqrar Elm və İnnovasiya Mərkəzinin Rəyasət Heyəti tərəfindən təsdiq edildikdən sonra səlahiyyətli hesab edilir. Əkinçilik ETİ-nin direktoru tərəfindən sədirlik edilən Elmi Şuranın tərkibi 21 nəfər olmaqla, direktor  müavinləri, elmi katib, şöbə və laboratoriya müdirləri, Gənc Alimlər Şurasının Sədri  və Həmkarlar İttifaqi Komitəsinin nümayəndəsindən  ibarətdir. Elmi Şuranın iclaslarında şöbə və laboratoriyaların, Bölgə Təcrübə Stansiyalarının (BTS), Dayaq Məntəqələrinin (DM) elmi-tədqiqat və təsərrüfat fəaliyyətləri, doktorantların hesabatları müzakirə olunur, doktorant və dissertantların dissertasiya mövzuları, rəhbərləri təsdiq edilir, əməkdaşların məqalələri, ixtira, patent və səmərələşdirici təklifləri, elmi, elmi-texniki və təşkilati məsələlər, eləcə də elmi dərəcə, elmi ad almaq məqsədi ilə rəy üçün daxil olan dissertasiyalar və s. sənədlər  müzakirə və təsdiq olunur.

2023-cü il Elmi şuranın 9 iclası keçirilmişdir. Həmin iclaslarda institutun şöbə və laboratoriyalarının, Bölgə Təcrübə Stansiyalarının elmi və təsərrüfat fəaliyyətləri, yeni rayonlaşmış bitki sortlarının toxumçuluğunun təşkili və s. məsələlər müzakirə olunmuşdur. Qeyd edilənlərlə bərabər institutun elmi fəaliyyətinə və modernləşdirilməsinə aid bir sıra məsələlər də müzakirə edilmişdir.

 

ƏKİNÇİLİK ELMİ-TƏDQİQAT  İNSTİTUTUNUN

ELMİ ŞURASININ ÜZVLƏRİNİN SİYAHISI

Sıra nömrəsi

Soyadı, ad, atasının adı

Vəzifəsi, elmi dərəcəsi, elmi adı

1.

XUDAYEV F.A.

direktor, a.e.ü.f.d., dosent (sədr)

2.

MƏMMƏDOVA S.M.

direktor müavini,  b.ü.f.d., dosent

3.

NOVRUZLU Q.A.

direktor müavini, a.e.ü.f.d., dosent

4.

ƏHMƏDOV Ş.H.

direktor müavini, a.e.ü.f.d.

5.

HACIYEVA S.K.

elmi katib, a.e.ü.f.d., dosent (katib)

6.

HƏSƏNOVA Q.M.

laboratoriya müdiri, a.e.d., dosent

7.

ALLAHVERDİYEV T.İ.

şöbə müdiri, b.e.d., dosent

8.

KƏRİMOV Y.H.

baş elmi işçi, a.e.d., dosent

9.

ABDULLAYEV A.M.

şöbə müdiri, proqram rəhbəri, a.e.ü.f.d., dosent

10.

TƏMRAZOV T.H.

şöbə müdiri, proqram rəhbəri,  b.ü.f.d., dosent

11.

MƏMMƏDOVA P.M.

şöbə müdiri, a.e.ü.f.d.

12.

HÜMMƏTOV N.Q.

baş elmi işçi, b.ü.f.d., dosent

13.

DÜNYAMALIYEV S.Ə.

aparıcı elmi işçi, proqram rəhbəri, a.e.ü.f.d., dosent

14.

ZEYNALOV R.N.

şöbə müdiri, proqram rəhbəri

15.

ƏZİZOVA N.H.

laboratoriya müdiri,  b.ü.f.d., dosent

16.

ABBASQULİYEVA S.G

laboratoriya müdiri, a.e.ü.f.d.

17.

ƏLİYEV A.M.

laboratoriya müdiri

18.

NOVRUZOV L.E.

laboratoriya müdiri, Gənc Alim və Mütəxəssislər Şurasının sədri

19.

MƏMMƏDOVA H.R.

laboratoriya müdiri

20.

ƏFƏNDİZADƏ Ş.A.

kiçik elmi işçi, proqram rəhbəri

21.

ƏLİYEVA S.S.

baş iqtisadçı, İlk Həmkarlar İttifaqi Komitəsinin sədri

© 2020 Əkinçilik ETİ