Xəbərlər

“Çəltikçiliyin mövcud vəziyyəti və qarşıda duran vəzifələr” mövzusunda tədbir keçirilib

Astara DAİM-də “Çəltikçiliyin mövcud vəziyyəti və qarşıda duran vəzifələr” mövzusunda tədbir keçirilib. Tədbirdə Lənkəran RAEİM, Masallı, Lənkəran, Astara DAİM-ləri və çəltikçilik sahəsində fəaliyyət göstərən fermerlər və istehsalçılar iştirak ediblər. Tədbirin məqsədi
Azərbaycan Respublikasında çəltikçiliyin həlli yollarının birgə araşdırılmasından ibarət olub.

Tədbiri giriş sözü ilə Əkinçilik ET İnstitutunun direktoru Faiq Xudayev açaraq, məqsədin ölkədə fəaliyyət göstərən fermer və sahibkarlara elmi dəstəyin verilməsinin, toxumçuluğun idxaldan asılılığının aradan qaldırılmasının, yerli sortların bərpa edilməsinin, bu sahədə seleksiya işlərinin aparılmasının vacibliyini bildirib. F. Xudayev eyni zamanda bu sahədə fəaliyyət göstərən fermer və sahibkarların qarşılaşdığı çətinliklərin aradan qaldırılmasının Əkinçilik ET İnstitutunun həyata keçirdiyi ən vacib iş olduğunu bildirib.

Fermer Əflatun Əliyev çıxış edərək, ciddi çətinliklərin olduğunu qeyd edib. Toxum, su, güzəştli kreditlərin verilməsi və s. bu çətinliklərlə mütəmadi olaraq qarşılaşmaq fermerlərin bu sahəyə marağının azalması ilə nəticələnir. Gübrələrin vaxtında verilməməsi də ən böyük problemdir. Fərdi sahibkar Rövşən Səmədov da bu problemin ciddi olduğunu qeyd edib.

09.04.21 tarixində isə Lənkəranda “Muğan düyü” MMC-də görüşlər keçirilib. Məqsəd gələcəkdə çəltik toxumçuluğunun təşkili, inkişaf etdirilməsi və bu sahədə idxaldan asılılığın aradan qaldırılması olub. İstehsal olunan “Luna”, “Həşimi” və “Sədri” düyülərinin daxili bazara uyğun olduğunu qeyd edən şirkət rəhbərliyi, bu sortların toxumçuluğunun təşkil edilməsinin vacibliyini vurğulayıb.

Tədbirlərdə Əkinçilik ET İnstitutunun direktoru Faiq Xudayevlə bərabər “Bitki seleksiyası” şöbəsinin müdiri Abidin Abdullayev, “Yemlərin texnologiyası və zootexniki qiymətləndirilməsi” laboratoriyasının müdiri Sevil Abbasquluyeva iştirak ediblər.

© 2020 Əkinçilik ETİ