Xəbərlər

Beynəlxalq əməkdaşlığın təşviqi məqsədilə “Müasir buğda seleksiya təcrübə və texnologiyaları” mövzusuna həsr edilmiş I VİRTUAL iclası keçirilib

Ankarada Türkiyə Respublikası Tarla Bitkiləri Mərkəzi Tədqiqat İnstitutunda Buğda üçün Ərzaq Təhlükəsizliyi üzrə İslam Ölkələri Təşkilatının (IOFS) I Asiya Qrupu (ASQ I) Regional Qabaqcıl Təcrübə Mərkəzlərinin (Türkiyə, Pakistan, İndoneziya, Malayziya, Banqladeş, Bruney Darussalam, Maldivlər) müasir buğda seleksiya təcrübə və texnologiyalarının araşdırılması və buğda tədqiqatları sahəsində beynəlxalq əməkdaşlığın təşviqi məqsədi ilə “Müasir buğda seleksiya təcrübə və texnologiyaları“ mövzusuna həsr edilmiş I VİRTUAL iclası keçirilmişdir.

İclasda ölkəmizi Əkinçilik Elmi-Tədqiqat İnstitutunun “Dənin keyfiyyəti” laboratoriyasının aparıcı elmi işçisi, b.ü.f.d., dosent  Sevinc Mehti qızı Məmmədova təmsil edib. O, “Üzv dövlətlərdə buğda istehsalının mövcud vəziyyəti və elmi yanaşma”  bölməsində “Azərbaycanda buğda seleksiyasının mövcud vəziyyəti”  mövzusunda təqdimatla çıxış edərək, ölkəmizdə taxıl istehsalında tarixi ənənələr, buğda əkin sahəsi və orta məhsuldarlıq, üzləşilən çətinliklər, biotik və abiotik stress faktorları, buğda seleksiyasının ümumi məqsədi, yeni sortların yaradılmasında ekosistem yanaşmasının əhəmiyyəti, ƏETİ timsalında payızlıq buğda seleksiyası üzrə aparılan işlər, prioritetlər,  respublikamızın müxtəlif becərmə şəraitlərinə uyğun məhsuldar buğda sortlarının yaradılmasında uzun illər ərzində toplanan genofondun və eləcə də  CIMMYT, ICARDA və Türkiyənin birgə  əməkdaşlıq proqramı - IWWIP (Payızlıq buğdanın yaxşılaşdırılması üzrə beynəlxalq proqram) çərçivəsində introduksiya edilmiş nümunələrin istifadəsi və perspektiv buğda seleksiya materiallarının ekoloji qiymətləndirilməsinin əhəmyyətini vurğulayaraq, rayonlaşdırılmış buğda sortları haqqında məlumat verib və buğda tədqiqatları sahəsində İslam Ölkələri əməkdaşlığının önəmliliyini qeyd edib.

© 2020 Əkinçilik ETİ