Xəbərlər

“Respublikada tütün əkinlərində aqrotexniki tədbirlərin təşkili”mövzusunda onlayn təlim keçirilib

Əkinçilik ET İnstitutunun aparıcı elmi işçisi b.e.ü.f.d., dosent Sevinc Məmmədova “Respublikada tütün əkinlərində aqrotexniki tədbirlərin təşkili” mövzusunda Şəki, Zaqatala, Qax, Balakən, İsmayıllı, Oğuz, Qəbələ, Tovuz, Goranboy, Lerik, Masallı, Yardımlı DAİM-nin mütəxəssisləri və tütünçü fermerlərin iştirakilə onlayn təlim keçib.

Təlimdə əks etdirilmiş təqdimatda (KTN-Registr “Təlim və inkişaf sektoru” qovluğu) kənd təsərrüfatının gəlirli, ixrac yönümlü strateji sahələrindən biri olan tütünçülüyün elm və praktika vəhdətində inkişaf etdirilməsi perspektivləri və zəruri aqrotexniki tədbirlər, toxum keyfiyyəti, şitilliklərdə becərmə, əkin sahəsinin hazırlanması, şitillərin sahəyə köçürülməsi, tütün əkinlərində rast gəlinən biotik stres faktorları və onlara qarşı mübarizə tədbirləri, yığım və qurudulma da daxil olmaqla bütün mərhələlər haqqında ətraflı məlumat verilib, həmçinin xarici ölkələrin təcrübələri qeyd olunub.

© 2020 Əkinçilik ETİ