Xəbərlər

Biologiya, aqrar və tibb elmləri üzrə Problem Şurada aqrar elmlər üzrə işçi qrupun iclası keçirilib

Zoom platforması üzərindən biologiya, aqrar və tibb elmləri üzrə Problem Şurasının aqrar elmlər üzrə işçi qrupun iclası keçirilib. İşçi qrupunun tərkibinə bir nəfər AMEA-nın həqiqi üzvü, dörd nəfər AMEA-nın müxbir üzvü, səkkiz nəfər elmlər doktoru və on nəfər fəlsəfə doktoru daxildir. İclasın sədri Kənd Təsərrüfatı Nazirliyi Əkinçilik Elmi-Tədqiqat İnstitutunun “Bitki fiziologiyası və biotexnologiya” şöbəsinin müdiri b.e.d., dos. Tofiq Allahverdiyev edirdi. İclasda elmlər doktoru üzrə üç, fəlsəfə doktoru üzrə yeddi dissertasiya işlərinin mövzuları müzakirəyə çıxarılıb. Dissertasiya işlərinin müəllifləri mövzunun aktuallığı, tədqiqatın məqsədi barədə məlumat verdikdən sonra işçi qrupun üzvləri tərəfindən elmi işin adı, ixtisasa uyğunluğu, işin yerinə yetrilmə yeri, metodikası, əldə olunmuş nəticələr barədə və s. suallar cavablandırılıb. 

© 2020 Əkinçilik ETİ