Xəbərlər

Ağstafada fermerlərlə növbəti görüş keçirilib

Ağstafa rayonunun Poylu kəndində fermerlərlə növbəti görüş keçirilib. Görüşdə Əkinçilik Elmi-Tədqiqat İnstitutunun Ağstafa Yardımçı Təcrübə Təsərrüfatının müdiri Nadir Hüseynov, Ağstafa rayon DAİM-nin direktor müavini Çingiz Məmmədov, mütəxəssislər və taxılçılıqla məşğul olan fermerlər iştirak ediblər. 
Tədbirdə fermerlərdən Nürəddin Məmmədov, Qurban Aslanov və Mətləb İsmayılzadə çıxış ediblər, fikir mübadiləsi və müzakirələr aparıblar.
© 2020 Əkinçilik ETİ