Xəbərlər

Buğda genotiplərinin sünbülləmə inkişaf fazasından sonra fizioloji və biokimyəvi parametrləri tədqiq edilir

Bitki fiziologiyası şöbəsinin əməkdaşları sahədə suvarılan və quraqlıq stresi şəraitində yetişdirilmiş bərk və yumşaq buğda genotiplərinin fenoloji, aqronomik, fizioloji, biokimyəvi parametrlərinin aktiv tədqiqinə başlayıblar. Quraqlıq stresinin təsiri altında yarpaqlarda oksigenin aktiv formalarından biri olan hidrogen peroksidin miqdarının və oksidləşdirici stresin məhsulu olan malondialdehidin miqdarının tədqiqi xüsusi maraq doğurur. 
Şöbə müdiri Tofiq Allahverdiyev, elmi işçi Gülşən Mirzəyeva, laborantlar Nəsibə Abbasova və Nailə Səmədova buğda genotiplərinin sünbülləmə inkişaf fazasından sonra fizioloji və biokimyəvi parametrlərini tədqiq edirlər.
© 2020 Əkinçilik ETİ