Xəbərlər

Metodiki Şuranın üzvləri tərəfindən monitorinq keçirilib

Əkinçilik Elmi-Tədqiqat İnstitutunun mövzu planına, doktorant və dissertantların tədqiqat mövzularına uyğun olaraq bölgələrdəki təcrübə təsərrüfatlarında müxtəlif bitkilərlə qoyulmuş təcrübələrin metodiki baxımdan düzgünlüyü və aparılan elmi-tədqiqat işlərinin nəzərdə tutulan metodikaya uyğunluğunun monitorinqini həyata keçirmək məqsədilə Metodiki Şuranın üzvləri “Torpaq və bitki analizləri” laboratoriyasının baş elmi işçisi, b.ü.f.d., dosent Nizami Hümmətov, “Bitki seleksiyasl” şöbəsinin aparıcı elmi işçisi, b.ü.f.d., dosent Atif Zamanov, “Bitki fiziologiyası” şöbəsinin müdiri, b.e.d., dosent Tofiq Allahverdiyev, “Davamlı əkinçilik və bitki diversifikasiyası” şöbəsinin aparıcı elmi işçisi, proqram rəhbəri, a.e.ü.f.d., dosent Sevindik Dünyamalıyev tərəfindən Cəlilabad, Tərtər Bölgə Təcrübə Stansiyalarında, Kürdəmir Təcrübə Sınaq Stansiyasında, Ağstafa Yardımçı Təcrübə Təsərrüfatında və Gədəbəy Dayaq Məntəqəsində təcrübə sahələrinə baxış keçirilib.

© 2020 Əkinçilik ETİ