Xəbərlər

Əməkdaşlıq əlaqələri çərçivəsində görüş keçirilib

Azərbaycan Respublikası Kənd Təsərrüfatı Əkinçilik Elmi-Tədqiqat İnstitutunda “Agrovit” MMC, “Agrovit Lab” MMC, Şimali Qafqaz Federal Elmi Aqrar Mərkəzi və Stavropol vilayəti üzrə Rusiya toxumçuları və seleksionerləri Birliyinin nümayəndələri arasında əməkdaşlıq görüşü keçirilib.
Görüşdə institutun direktoru Faiq Xudayev, elmi işlər üzrə direktor müavini Sevinc Məmmədova, istehsalat üzrə direktor müavini Qərib Novruzlu, “Bitki seleksiyası” şöbəsinin müdiri Abidin Abdullayev, “Agrovit” MMC-nin direktoru Cəfər Əliyev, “Agrovit Lab” MMC-nin direktoru İbadulla Qurbanov, Şimali Qafqaz Federal Elmi Aqrar Mərkəzinin direktoru, kənd təsərrüfatı elmləri doktoru, Elmi Şuranın sədri Kulintsev Valeriy Vladimiroviç və Stavropol vilayəti üzrə Rusiya toxumçuları və seleksionerləri Birliyinin rəhbəri Boranukov Xusin Qulamoviç iştirak ediblər.
Tərəflər arasında taxılçılıqda toxumçuluğun təşkili və əməkdaşlıq perspektivləri istiqamətində müzakirələr aparılıb. 
Görüşdə bir sıra mühüm məsələlərə aydınlıq gətirilib, müvafiq təkliflər verilib və üçtərəfli əməkdaşlıq müqaviləsinin imzalanması razılaşdırılıb.
© 2020 Əkinçilik ETİ