Xəbərlər

Əkinçilik Elmi-Tədqiqat İnstitutunun bir qrup əməkdaşı yeniyetmələr arasında keçirilən ağır atletika üzrə Azərbaycan birinciliyinin yarışlarını izləyiblər.

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Ağır Atletika Federasiyasının birgə təşkilatçılığı ilə yeniyetmə qızlar və oğlanlar arasında ağır atletika üzrə Azərbaycan birinciliyi bu gündən etibarən  start götürüb. Yarışlar 13-15 may tarixlərində 3 gün müddətində keçirilib. Yarışlarda müxtəlif yaş və çəki dərəcələri üzrə yeniyetmə oğlan və qızların iştirakı baş tutub. Daha sonra mükafatlandırılma mərasimləri həyata keçirilib. 
Qeyd edək ki, yarışlarda Kənd Təsərrüfatı Nazirinin müşaviri Şöhrət Vəkilov və nazirliyin əməkdaşı Anar Hüseynov mükafatçı kimi, nazirliyin tabeliyində olan bir sıra qurumlardakı əməkdaşlar isə tamaşaçı kimi iştirak ediblər. Əkinçilik Elmi-Tədqiqat İnstitutundan isə direktor müavini Şikar Əhmədovun rəhbərliyi ilə bir sıra əməkdaşlar da yarışları izləyib.
© 2020 Əkinçilik ETİ