Xəbərlər

EuroChem sürətlə böyüyən gübrə istehsalçılarından biridir

02.11.2017 tarixində Rusiya Federasiyası, Moskva şəhəri  EuroChem şirkətin nümayəndələrindən olan Vizirskaya Marina Mixaylovna və s. Əkinçilik ET İnstititunda oldular. İnstitutun direktoru Cavanşir Təlai və elmi əməkdaşları ilə görüş keçirildi. Şirkətin fəaliyyəti, məqsədi və strategiyası haqqında geniş təqdimatla cıxış etməklə yanaşı bildirdilər ki, EuroChem sürətlə böyüyən gübrə istehsalçılarından biridir. Təbii sərvətlərə və istehsal aktivlərinə, öz logistik infrastrukturuna, məsləhət xidmətlərinə və beynəlxalq distribyutor və paylama şəbəkəsinə çıxış imkanlarını birləşdirən biznes modelinə malik bir aqrokimyəvi şirkətdir. Hal-hazırda şirkət azot və fosfat gübrələri istehsal edir və yaxın bir zamanda kalium gübrələrin istehsalına başlayacaq və məhsul çeşidi daha da genişlənəcəkdir. Bütün məhsullar şirkətin diqqət mərkəzində saxladığı uzun müddət fəaliyyət göstərən ixtisaslaşdırılmış gübrələrdir. Çıxışlarda həmçinin bildirildi ki, EuroChem şirkətinin zavodları ildə 3,2 milyon ton ammiak , 1,2 milyon ton fosfor turşusu və 3,0 milyon ton kükürd turşusu istehsal etmək gücünə malikdir. Bildirdilər ki, məqsədimiz ərzağа artan qlobal tələbatın ödənilməsinə, dünya fermerlərinə, məhsulun həcminin və keyfiyyətinin artmasına kömək etməkdir və s. Onlar Əkinçilik ET İnstititu və kollektivi ilə tanışlığa məmnun olduqlarını və əməkdaşlıq etmək arzusunda olduqlarını bildirdilər.

 

© 2020 Əkinçilik ETİ