Xəbərlər

Rusiya Federasiyasının TERRA VERDE şirkətinin TERRA 7 preparatına həsr olunmuş onlayn tədbir keçirilib

Kənd Təsərrüfatı Nazirliyi Aqrar İnnovasiya Mərkəzinin (AİM) təşkilatçılığı ilə Rusiya Federasiyasının TERRA VERDE şirkətinin TERRA 7 preparatına həsr olunmuş onlayn tədbir keçirilib. 
AİM-in direktor müavini Anar Cəfərov tədbirdə hər iki ölkənin əməkdaşlarını təqdim etdikdən sonra, TERRA VERDE şirkətinin TERRA 7 preparatından, onun tətbiqindən və birgə əməkdaşlıq perspektivlərindən bəhs edib.  
Şirkət rəsmisi kalium humat "TERRA 7" konsentratı haqqında məlumat verib, burada olan humin və fulvoturşuların ən qiymətli xüsusiyyətlərindən birinin, yararsız və çətin əldə edilən materiallardan qida maddələrinin bitkinin kök sistemi tərəfindən asanlıqla udulan ionlara çevirmək qabiliyyəti olduğunu vurğulayıb. Həmçinin preparatın quraqlıq, şaxta, həddindən artıq nəmlik şəraitində çox effektli olduğunu, toxumların cücərmə faizi, məhsulun keyfiyyəti və miqdarının artırdığı, gübrələrin və pestisidlərin tətbiqinin azaltdığı, torpaqda münbit qatı bərpa etdiyi və radionuklidləri, ağır metalları və digər torpaq çirkləndirici maddələri birləşdirərək kənarlaşdırdığı qeyd edilib. 
Tədbirdə Əkinçilik Elmi-Tədqiqat İnstitutunun elmi işlər üzrə direktor müavini Sevinc Məmmədova və “Bitki seleksiyası” şöbəsinin aparıcı elmi işçisi Atif Zamanov iştirak ediblər.
Görüşdə geniş müzakirələr aparılıb və preparatın Əkinçilik Elmi-Tədqiqar İnstitutunda müxtəlif becərmə şəraitlərində (Bölgə Təcrübə Stansiyaları və Dayaq Məntəqələrində) dənli-taxıl bitkilərinin əkinində sınagının keçirilməsi nəzərdə tutulub.
© 2020 Əkinçilik ETİ