Rəhbərlik

Ümumi işlər üzrə direktor müavini: Şikar Həbulla oğlu Əhmədov, a.e.ü.f.d

Əkinçilik ET İnstitutunun ümumi işlər üzrə direktor müavini, aqrar elmləri üzrə fəlsəfə doktoru, Rusiya Respublikasında "Müasir elmin uğurları” elm jurnalında redaksiya heyətinin üzvü  Şikar Həbulla oğlu Əhmədov 1958-ci il aprelin 23-də Qərbi Azərbaycanın Zəngəzur mahalının  Meqri rayonunun Nüvədi kəndində  anadan olmuşdur. 1985-ci ildə Azərbaycan Dövlət Aqrar Universitetinin kənd təsərrüfatının mexanikləşdirilməsi fakültəsini bitirmişdir.

1985-1997 -ci ildə Azərbaycan Dövlət Maşın Stansiyasında mühəndis, böyük mühəndis, traktor və kənd təsərrüfatı maşınlarının sınağı şöbəsinin müdiri işləmişdir.

1997-2007-ci ildə Gəncə Yüksək Gərginlikli EŞ-nin Yardımçı Təsərrüfatının müdiri vəzifəsində işləmişdir.

1995-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.

2008-ci ildən Əkinçilik ElmiTədqiqat İnstitutunun “Davamlı əkinçilik və bitki diversifikasiyası” şöbəsində böyük elmi işçi vəzifələrində calışmışdır. Hal-hazırda Əkinçilik Elmi-Tədqiqat İnstitutunun ümumi işlər üzrə direktor müavinidir.

2008-2013-cü illərdə “Davamlı əkinçilik və bitki diversifikasiyası şöbəsinində “Gəncə-Qazax bölgəsində yeni intensiv payızlıq buğda sortlarının becərilməsində əsas amillərin optimallaşdırılması” mövzusunda dissertasiya işini müvəffəqiyyətlə bitirmiş və 3103.07 – “Bitkiçilik” ixtisası üzrə aqrar elmləri fəlsəfə doktoru elmi dərəcəsi almışdır.

Aqrar elmlər üzrə elmlər doktoru elmi dərəcəsi almaq üçün “Azərbaycanın bəzi bölgələrində yeni intensiv buğda sortlarının becərilməsidə əsas amillərin rolu ” mövzusu üzrə tədqiqat işi aparır.

Respublika daxilində və xaricdə müxtəlif elmi nəzəri jurnallarda dərc olunmuş 62 elmi əsərin və bir monoqrafiyanın müəllifidir.

Beynəlxalq elmi-praktiki konfranslarda iştirak etmişdir. Ş.H.Əhmədov elmi-tədqiqat işlərinin aparılmasında, bölgələrdə tətbiq olunmasında iştirak etmiş və fermerlərə öz tövsiyələrini vermişdir.

O, “Yeni intensiv payızlıq buğda sortlarının becərmə üsullarından asılı olaraq məhsuldarlığın artırılması” mövzusunda nümayiş əkininə rəhbərlik etmiş və yeni buğda sortlarının fermer təsərrüfatlarında tətbiq olunması haqqında müşavirələr aparmışdır.

Azərbaycan Torpaqşünaslar Cəmiyyətinin və institutda fəaliyyət göstərən Elmi Suranın və Dissertasiya şurası  nəzdində elmi seminarın  üzvüdür.

Əlaqə: Tel: 055 261 24 58 ;077 299 26 01: 553 6858

Email: [email protected] 

© 2020 Əkinçilik ETİ