Xəbərlər

İnstitut əməkdaşları KTN-nin Abşeron Aqrokimya laboratoriyasında oldular

17.11.2017 tarixində Əkinçilik ET İnstitutunun direktoru Cavanşir Təlai və “Torpaq və bitki analizləri” laboratoriyasının müdiri İmrəli Hacıməmmədov Kənd Təsərrüfatı Nazirliyinin Abşeron Aqrokimya laboratoriyasında torpaq və bitki analizləri ilə əlaqədar aparılan işlərlə yaxından tanış oldular. Səfərdə İnstitut əməkdaşları ilə birgə KTN-nin «Torpaqdan istifadəyə nəzarət” şöbəsinin baş mütəxəssisi Zakir Nəbiyev, KTN yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin Respublika Karantin Ekspertiza Mərkəzinin direktoru Taleh Şəmiyev və digərləri iştirak edirdi. Səfər müddətində torpaq analizləri ilə bağlı konstruktiv təcrübə və fikir mübadiləsi aparıldı və gələcəkdə hər iki struktur arasında birgə əməkdaşlıq edilməsi qərara alındı.

© 2020 Əkinçilik ETİ