Xəbərlər

Əkinçilik ET İnstitutunun əməkdaşı BMT-nin FAO təşkilatı tərəfindən kecirilən tədbirdə iştirak etdi.

21-24 noyabr 2017-ci il tarixlərində Əkinçilik ET İnstitutunun əməkdaşı İslamzadə Tarıverdi BMT-nin FAO təşkilatı tərəfindən GCP/AZE/006/TUR “Azərbaycanda orqanik kənd təsərrüfatı və institusional potensialın inkişafı” layihəsi çərçivəsində “Beynəlxalq orqanik standartlar əsasında müfəttişlərin təlimi” mövzusunda kecirilən tədbirdə iştirak etdi. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin “Bitkiçilik” şöbəsinin müdir müavini Seymur Səfərli tədbiri giriş sözü ilə açaraq Azərbaycanda orqanik kənd təsərrüfatının inkişafının vacibliyinə toxundu və təlim iştirakçılarına uğurlar arzuladı. Sonra cıxış etmək üçün söz Türkiyə FAO-nun orqanik kənd tərəssürafı üzrə mütəxəssiləri olan professor Uyğun Aksoy və Levent Yildiza verildi. Təlimdə GABA, Bakı Agro MMC, Toxum Mərkəzi, Bakı Mühəndislər Unversiteti, Gül Süd MMC, Azərbaycan Standartlaşdırma İnstitutu, AMEA-nın Ekoloji Kənd Təsərrüfatı üzrə Regional təcrübə və Resurs mərkəzi, Alma Consulting and İnvestment MMC, AMİC MMC kimi dövlət və özəl sektorların əməkdaşları iştirak edirdilər. İştirakçılar təlim əsasında öyrəndikləri təcrübəni Tərəvəzçilik Elmi Tədqiqat İnstitutunda sınaqdan keçirilmiş və müsbət nəticə əldə etmişlər. Tədbir işini uğurla başa vurdu və iştirakçılara beynalxalq sertifikatlar təqdim olundu.

 

© 2020 Əkinçilik ETİ