Xəbərlər

“Belorusiya Azərbaycan əməkdaşlığı çərçivəsində yeni soya sortlarının yaradılması və istehsalata tətbiqi” mövzusunda tədbir keçirilib

Kənd Təsərrüfatı Nazirliyi və Əkinçilik Elmi-Tədqiqat İnstitutunun (ƏETİ) birgə təşkil etdiyi “Belorusiya Azərbaycan əməkdaşlığı çərçivəsində yeni soya sortlarının yaradılması və istehsalata tətbiqi” mövzusunda tədbir keçirilib.
ƏETİ-nin Ağstafa Yardımçı Təcrübə Təsərrüfatında (YTT) keçirilən tədbirdə Ağstafa rayon İcra hakimiyyəti başçısının birinci müavini Müşfiq Hüseynov, ƏETİ-nin direktoru Faiq Xudayev, Ağstafa DAİM-in direktoru Ramiz İmanov, Ağstafa Aqroservis ASC-nin rəhbəri Cavanşir Əmrahov, Azərbaycan Dövlət Aqrar Universitetinin asistenti Gülnarə Abbasova, Ağstafa YTT-nin direktoru Nadir Hüseynov və yerli fermerlər Adil Nəsibli, Elxan Cürənli, Həmid Əliyev və digərləri iştirak ediblər.
Tədbir çərçivəsində aktual məsələlərə toxunulub. Belorusiya Azərbaycan əməkdaşlığı çərçivəsində yeni soya sortlarının yaradılması və istehsalata tətbiqi mövzu üzrə həyata keçirilən işlərdən bəhs olunub. Müzakirələr və qarşılıqlı fikir mübadiləsi aparılıb, taxıl əkinlərinə baxış keçirilib.
© 2020 Əkinçilik ETİ