Xəbərlər

“Payızlıq taxıl əkinləri üçün şumun və təkrar qarğıdalı əkinlərinin optimal müddətlərdə başa çatdırılması” mövzusunda onlayn müşavirə keçirilib

“Payızlıq taxıl əkinləri üçün şumun və təkrar qarğıdalı əkinlərinin optimal müddətlərdə başa çatdırılması” mövzusunda onlayn müşavirə keçirilib. Onlayn formatda keçirilən müşavirədə Kənd Təsərrüfatı Nazirliyi Aparatının rəhbəri Rafail Quliyev, Bitkiçiliyin təşkili və monitorinqi şöbəsinin müdiri İmran Cümşüdov, Torpaqdan istifadəyə nəzarət şöbəsinin müdiri Firudin Tağıyev, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin sektor müdiri Akif Quliyev, Aqrar Xidmətlər Agentliyinin sədr müavini Cəfər Məhərrəmov, Aqrar Kredit və İnkişaf Agentliyinin sədr müavini Mehman İsmayılov, “Aqroservis” ASC-nin İdarə Heyətinin sədr müavini İlyas Həsənov, eləcə də Əkinçilik Elmi-Tədqiqat İnstitutunun direktoru Faiq Xudayev və direktor müavini Qərib Novruzlu iştirak edib. 
Payızlıq əkinlər üçün şumun, eləcə də buğda və arpadan sonra təkrar qarğıdalı əkinlərinin optimal müddətlərdə başa çatdırılmasının məhsuldarlıq baxımından əhəmiyyəti və perspektivləri qeyd edilib.
Daha sonra müzakirələr və qarşılıqlı fikir mübadiləsi aparılıb.
© 2020 Əkinçilik ETİ