Xəbərlər

Əkinçilik ETİ-nin əməkdaşları Qubada keçirilən toxum sərgi-satış yarmarkasında iştirak ediblər

Quba rayonunda növbəti toxum sərgi-satış yarmarkası təşkil olunub. Yarmarkada Aqrar Xidmətlər Agentliyinin müvafiq qurumları, Aqrar Kredit və İnkişaf Agentliyi, “Aqroservis” ASC, Dövlət Toxum Fondu, Azərbaycan Toxumçular Assosiasiyası, yerli toxum istehsalçıları, elmi-tədqiqat institutları, toxum istehsalı və satışı ilə məşğul olan şirkətlər və fermerlər iştirak ediblər. 

Yarmarkada Əkinçilik Elmi-Tədqiqat İnstitutunu direktor müavini Qərib Novruzlu və aparıcı elmi işçi Dünyamalı Şərifov təmsil ediblər.

Toxum sərgi-satış yarmarkalarının müxtəlif regionlarda keçirilməsində əsas məqsəd aqrar sahədə potensialı və imkanları öyrənmək, toxum bazarını, o cümlədən yerli toxumçuluğu daha da inkişaf etdirməkdən ibarətdir.

Sərgi-satış yarmarkasında 30-dan çox sort toxum təqdim edilir. 

Qeyd edək ki, yarmarkaya 20-dən çox toxumçu fermer qatılıb.

 

© 2020 Əkinçilik ETİ