Xəbərlər

İnstitutun əməkdaşları Ağcabədi rayonunda keçirilən toxum, sərgi-satış yarmarkasında iştirak ediblər

Azərbaycanın bölgələrində toxum, sərgi-satış yarmarkaları davam edir. Növbəti yarmarka Ağcabədi rayonunda keçirilib.  Yarmarkada Aqrar Xidmətlər Agentliyinin müvafiq qurumları, Aqrar Kredit və İnkişaf Agentliyi, “Aqroservis” ASC, Dövlət Toxum Fondu,  Azərbaycan Toxumçular Assosiasiyası, yerli toxum istehsalçıları, elmi-tədqiqat institutları, toxum istehsalı və satışı ilə məşğul olan şirkətlər və fermerlər iştirak ediblər.

Yarmarkada Əkinçilik Elmi-Tədqiqat İnstitutunun (ƏETİ) direktor müavini Şikar Əhmədov, Tərtər Bölgə Təcrübə Stansiyasının direktoru Həqiqət Həşimova və stansiyanın əməkdaşları  iştirak ediblər. Toxum, sərgi-satış yarmarkasında biotik və abiotik amillərə davamlı yeni və yüksək məhsuldar arpa və buğda sortlarının toxumları təqdim olunub. Suvarma, nəmliklə təmin olunmuş və olunmamış dəmyə şəraitləri üçün ƏETİ tərəfindən yaradılan  Xəzri, Qobustan, Ləyaqətli 80, Lider, Yubiley 90 buğda və Nuranə, Dəyanətli arpa sortları nümayiş olunub. Fermerlərə yerli sortların üstünlükləri izah edilib və onlara yeni sortların aqrobioloji xüsusiyyətləri və becərilmə aqrotexnikaları haqqında bukletlər paylanılıb.

© 2020 Əkinçilik ETİ