Xəbərlər

Əkinçilik Elmi-Tədqiqat İnstitutu Sabirabad rayonunda keçirilən növbəti toxum sərgi-satış yarmarkasında iştirak edib

Növbəti toxum sərgi-satış yarmarkası Sabirabad rayonunda keçirilib. Yarmarkada Aqrar Xidmətlər Agentliyinin müvafiq qurumları, Aqrar Kredit və İnkişaf Agentliyi,“Aqroservis” ASC, Dövlət Toxum Fondu, Azərbaycan Toxumçular Assosiasiyası, yerli toxum istehsalçıları və elmi-tədqiqat institutları, toxum istehsalı və satışı ilə məşğul olan şirkətlər, fermerlər iştirak ediblər.

Yarmarkada Əkinçilik Elmi-Tədqiqat İnstitutunu direktor müavini Şikar Əhmədov, Tərtər Bölgə Təcrübə Stansiyasının direktoru Həqiqət Həşimova və stansiyanın əməkdaşları təmsil ediblər. Ş.Əhmədov sərgidə biotik və abiotik amillərə davamlı yeni və yüksək məhsuldar arpa, buğda, qargıdalı, noxud, mərci və yonca sortlarının toxumlarını təqdim edərək, onlar haqqında iştirakçılara ətraflı məlumat verib. O, fermerlərə yerli sortların üstünlüklərini izah edib. 

 Həmçinin taxıl istehsalçılarına sortların bölgələr üzrə yerləşdirilməsi, seleksiya işlərinin qurulması, onların bioloji xüsusiyyətləri və yetişdirilmə aqrotexnikaları haqqında ətraflı məlumat verilib.

 Suvarma, nəmliklə təmin olunmuş və olunmamış dəmyə şəraitləri üçün Əkinçilik ETİ tərəfindən yaradılan sortlar fermerləri daha çox maraqlandırıb.

 Onlara yeni sortların aqrobioloji xüsusiyyətləri və becərilmə aqrotexnikaları haqqında bukletlər paylanılıb.

 

© 2020 Əkinçilik ETİ