Xəbərlər

Əkinçilik Elmi-Tədqiqat İnstitutu və Milli Hidrometeorologiya Xidməti əməkdaşlıq əlaqələri yaradır

Kənd Təsərrüfatı Nazirliyi Əkinçilik Elmi-Tədqiqat İnstitutu (ƏETİ) ilə Ekologiya və
Təbii Sərvətlər Nazirliyi yaninda Milli Hidrometeorologiya Xidməti arasında əməkdaşlıq
görüşü keçirilib.
Görüşdə ƏETİ-nin direktoru Faiq Xudayev, elmi işlər üzrə direktor müavini xanım
Sevinc Məmmədova, istehsalat üzrə direktor müavini Qərib Novruzlu, İnformasiya
təminatı və elmi nəticələrin tətbiqi şöbəsinin müdiri Pərvanə Məmmədova, Milli
Hidrometeorologiya Xidmətinin rəis müavini Natiq Hətəmov, Xidmətlərin marketinqi
sektorunun məsləhətçisi Gültəkin Qardaşova, Aqrometeorologiya mərkəzinin direktoru
Sevinc Əhmədova, marketinq sektorunun mudiri Vüqar Həsənov iştirak ediblər.
İlkin tanışlıq məqsədilə tərəflər arasında təmsil etdikləri qurum haqqında ümumi fikir
mübadiləsi aparılıb.
Kollektivlə görüş çərçivəsində əməkdaşlıq perspektivlərinin müəyyən edilməsi
məqsədilə Gültəkin Qardaşova və Sevinc Məmmədova təqdimatla çıxış ediblər.
G.Qardaşova Milli Hidrometeorologiya Xidmətinin fəaliyyət istiqamətləri
(hidrometeoroloji proqnozlar, meteorologiya, aqrometeorologiya, radar müşahidələri,
hidrologiya, dəniz, iqlim, monitorinq), müşahidə üsulları (avtomat, ənənəvi, vizual,
səyyar), şəbəkənin modernləşdirilməsi və s. haqqında məlumat verib. O, eyni zamanda
2022-ci ildə Qarabağ və ətraf ərazilərdə meteoroloji və hidroloji avtomat stansiyaların
quraşdırılacağını bildirib. Daha sonra G.Qardaşova avtomat stansiyaların
üstünlükləriudən, Baron GEN3 doppler radiolokatorundan, səyyar laboratoriyadan,
hidrometeoroloji proqnozlardan və s. bəhs edib.
Tədbirdə S.Məmmədova ƏETİ-nin təşkilati strukturu, tədqiqat prioritetləri,
mandatına daxil olan bitkilər, nailiyyətlər, qarşıda duran məqsəd və vəzifələr,
toxumçuluq fəaliyyəti və s. haqqında istirakçılara ətraflı məlumat verib.
Tədbirdə S.Əhmədova Aqrometeorologiya mərkəzinin fəaliyyətinə aydınlıq gətirərək,
bu istiqamətdə ətraflı çıxı edib.
Çıxışlardan sonra aktual məsələlərə dair suallar və cavablar səsləndirilib.
Sonda əməkdaşlığa dair məsləhətləşmələr, memorandumun ilkin müddəaları və
imzalanma tarixinin təyin edilməsi istiqamətində danışıqlar aparılıb.
Tədbirin sonunda Milli Hidrometeorologiya Xidmətinin ənənələrinə uyğun olaraq
N.Hətəmov tərəfindən F.Xudayevə doğum tarixinin “Hava Sertifikati” təqdim olunub.
Əyani tanışlıq məqsədilə şöbə və laboratoriyalara baxış keçirilib.

© 2020 Əkinçilik ETİ