Xəbərlər

Tütünçülük sahəsində istehsal zənciri və marketinqə qədər olan mərhələlər üzrə müzakirələr aparılıb

Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Tədqiqatlar Mərkəzinin (KTN ATM) əməkdaşları Əkinçilik Elmi-Tədqiqat İnstitutunda (ƏETİ) olublar. Görüşdə ƏETİ-nin elmi işlər üzrə direktor müavini xanım Sevinc Məmmədova, Davamlı əkinçilik və bitki diversifikasiyası şöbəsinin müdiri Təmraz Təmrazov, İnformasiya təminatı və elmi nəticələrin tətbiqi şöbəsinin müdiri Pərvanə Məmmədova iştirak ediblər.

Təfərlər arasında respublikada tütünçülük sahəsində istehsal zənçiri və marketinqə qədər olan mərhələlər üzrə fikir mübadiləsi aparılıb.

Görüş zamanı S.Məmmədova və T.Təmrazov tərəfindən ölkədə tütünçülüyün inkişafı istiqamətində tütün əkini sahələrindən yüksək və keyfiyyətli məhsul alınmasını təmin edən becərmə texnologiyasına dair bigilər səsləndirilib. Eyni zamanda növbəli əkində tütünün yeri, ƏETİ-də yaradılan tütün sortları haqqında məlumatlar verilib.

KTN ATM əməkdaşlarına tütün becərilməsində həyata keçirilən bütün tədbirlər-əkiləcək sahənin hazırlanması və gübrələnməsi, şitilin yetişdirilməsi və sahələrə köçürülməsi, cərgəaralarının becərilməsi, əkinlərin suvarılması, xəstəliklərə qarşı mübarizə tədbirləri, yarpaqların dərilməsi və düzülməsi, yarpaqları saraltma mərhələsi, yarpaqların qurudulması, tütünün çeşidlənməsi və əmtəə növlərinə ayrılması, tay bağlanması, quru tütün məhsulunun saxlanması, tütünçülükdə görüləcək işlərin texnoloji xəritəsi haqqında və s. bilgilər verilməklə, meydana çıxan suallar cavablandırılıb.

© 2020 Əkinçilik ETİ