Xəbərlər

Türkiyə səfəri çərçivəsində azərbaycanlı tələbələrlə görüş keçirilib

Kənd Təsərrüfatı Nazirliyinin Əkinçilik Elmi-Tədiqat İnstitutunun (ƏETİ) nümayəndələrinin Türkiyə əməkdaşlıq səfəri çərçivəsində Çukurova Universitetində təhsil alan azərbaycanlı tələbələrlə görüş keçirilib. 
Görüşdə Şərqi Aralıq Dənizi Kənd Təsərrüfatı Elmi-Tədqiqat İnstitutunun (Doğu Akdeniz Tarımsal Araşdırma Enstitüsü) direktoru Abdullah Çil, ƏETİ-nin direktoru Faiq Xudayev, institutun əməkdaşı Laçın Novruzov, azərbaycanlı tələbələr Orxan Məmmədov və Təhminə Mustafayeva iştirak ediblər. Tələbələrin təhsil aldıqları ixtisas üzrə innovasiyaların öyrənilməsi barədə və gələcəkdə Azərbaycanda tətbiq olunması istiqamətində müzakirələr aparılıb. Həmçinin tələbələrin təcrübə keçmələri üçün Şərqi Aralıq Dənizi Kənd Təsərrüfatı Elmi-Tədqiqat İnstitutu ilə razılıq əldə olunub.
Tələbələr təhsil uğurlarından və çalışdıqları layihələrdən bəhs ediblər. Onlar gələcəkdə ƏETİ ilə birgə layihələrin icra olunmasında maraqlı olduqlarını da diqqətə çatdırıblar.
© 2020 Əkinçilik ETİ