Xəbərlər

“Genetik innovasiya təşəbbüsləri” mövzusunda Məşvərət iclası keçirilib

ICARDA - Quraq Ərazilərdə K/T Tədqiqatları Beynəlxalq Mərkəzinintəşkilatçılığı ilə Türkiyə Respublikasının İstanbul şəhərində Milli K/T tədqiqatları və yayım sistemlərinin (NARES) “Genetik innovasiya təşəbbüsləri” mövzusunda Məşvərət iclası keçirilib. İclasda Əkinçilik Elmi-Tədqiqat İnstitutunun direktoru Faiq Xudayev iştirak edib.
İclasın əsas məqsədi dövlətlər arasında dünyanın əsas probləmlərindən birinə çerilmiş ərzaq qıtlığının aradan qaldırılması, ərzaq təhlükəsizliyinin təmin edilməsi üzrə əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi olub. Tədbirdə ICARDA və Əlcəzair, Azərbaycan, Hindistan, İordaniya, Livan, Mərakeş, Fələstin, Tunis, Türkiyə, Özbəkistan, İran, Efiopiya, Misir, Suriya və s. ölkələrin nümyəndələri iştirak ediblər.
Ərzaq təhlükəsizliyinin təmin edilməsi, kənd təsərrüfatı bitkilərinin məhsuldarlığının artırılması və yeni məhsuldar sortların yaradılması baxımından strateji əhəmiyyətli buğda, arpa, çəltik, noxud, mərcimək və alternativ yem bitkilərinin genetik materiallarının göndərilməsi, qısa və uzun müddətli təlimlərin və kadr hazırlığının həyata keçirilməsi nəzərə alınıb.
ICARDA ekspertlərinin iştirakı ilə ölkəmizdə təcrübə mübadiləsi məsələləri, Azərbaycanda çəltikçiliyin elmi əsaslarla inkişaf etdirilməsi və heyvandarlığın yem bazasının mökəmləndirilməsi istiqamətində alternativ yem bitkilərinin genetik ehtiyatlarının ölkəmizə göndərilərək ekoloji sınaqlarla yeni məhsuldar və adaptiv sortların yaradılma perspektivləri müzakirə edilib.
© 2020 Əkinçilik ETİ