Xəbərlər

Respublika Elmi Kənd Təsərrüfatı Kitabxanasında seminar müşavirə keçirilib

Əkinçilik Elmi-Tədqiqat İnstitutunun kitabxanaçısı Əsmər Həsənova Respublika Elmi Kənd Təsərrüfatı Kitabxanasında keçirilən seminar-müşavirədə iştirak edib. Seminar-müşavirədə Respublika Elmi Kənd Təsərrüfatı Kitabxanasının şöbə müdiri Sədaqət Abışova çıxış edərək, yarımillik və illik hesabatların hazırlanması, ədəbiyyatların alışı, kitabların mövzuya uyğun yığılması, ədəbiyyatların fonddan çıxarılması və s. qaydaları haqqında metodiki göstərişlər verib.
Həmçinin seminar-müşavirədə oxucuların sərbəst surətdə informasiya almaq hüququnu təmin etmək, onların kitablara, dövri nəşrlərə və kitabxana fondunu təşkil edən digər sənədlərə olan tələbatını ödəmək məqsədilə həyata keçirilən fəaliyyətlər barədə geniş məlumat verib.
Sonda tədbir iştirakçıları ilə müzakirələr aparılarıb, seminar-müşavirəyə yekun vurulub.
© 2020 Əkinçilik ETİ