Xəbərlər

İnstitutun əməkdaşları monitorinqdə iştirak ediblər

Əkinçilik ET İnstitutunun əməkdaşları Xəstəlik və zərərvericilərə nəzarət laboratoriyasını müdiri Namella Əzizova və aparıcı elmi işçi Ehtibar İbrahimov Qəhvəyi mərmər bağacığı və ona qarşı mübarizə tədbirləri cərcivəsində Zaqatalada keçirilən monitorinqdə iştirak ediblər.
Monitorinq yerli təşkilatların, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və Aqrar Xidmətlər Agentliyinin (AXA) 50-dən artıq nümayəndələrinin iştirakilə` təşkil olunub.
Monitorinq zamanı iştirakçılar qrup şəklində Zaqatala rayonunun Muxax, Qımır, Aşağı Tala və s. kəndlərində yerli sakinlərlə görüşüblər. Monitorinq qrupu kənd təsərrüfatı bitkilərinə ciddi ziyan vuran təhlükəli zərərverici olan Qəhvəyi mərmər bağacığı haqqında yerli sakinləri maarifləndiriblər. Sakinlərə bu zərərvericinin insanların yaşayış yerlərində qışladığı üçün onların aşkar olunması, məhv edilmə üsulları izah edilib, həyətyanı sahələrdəki tikililərdə axtarış aparılıb, bağacıqların tapıldığı yerlərin CPS məlumatları qeyd olunub, tapılmış fərdlər yığılaraq məhv edilib. Eyni zamanda sakinlərə Qəhvəyi Mərmər bağacığına dair bukletlər paylanıb və hər bir baxış üzrə akt tərtib olunub. Bildirilib ki, zərərvericinin olduğu ərazilər aşkar olunarsa, xüsusi yaradılmış çağrı mərkəzlərinə müraciət olunmalıdır.
© 2020 Əkinçilik ETİ