Xəbərlər

Gənc alim və mütəxəssislər şurasının seçki yığıncağı keçirilib

Əkinçilik Elmi-Tədqiqat İnstitutunda (ƏETİ) Gənc alim və mütəxəssislər şurasının seçki yığıncağı keçirilib. İnstitutun direktoru Faiq Xudayev yığıncağı giriş sözü ilə açaraq, gündəliyə daxil olan məsələlərə toxunub. O, gənc alim və tədqiqatçıların elmi fəaliyyətə cəlb edilməsi, onların elmi və peşəkarlıq səviyyələrinin yüksəldilməsi, aktual elmi problemlərin işlənməsi və prioritet elmi məsələlərin həlli üçün səylərinin birləşdirilməsi, gənc alimlərin innovasiya fəaliyyətlərinin inkişaf etdirilməsi və yaradıcılıq imkanlarının tam reallaşdırılması ilə bağlı fikirlərini bildirib.
Sonra institutun direktor müavini Sevinc Məmmədova gənc alim və tədqiqatçıların elmi-tədqiqat işlərinin təşkilinin koordinasiyası, gənc alim və tədqiqatçıların iştirakına imkan verən elmi konfranslar, seminarlar, forumlar, sərgilər və digər tədbirlərin təşkili, gənc alimlərin akademik maraqlarının qorunub və müdafiə edilməsi, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin ayrı-ayrı institutları və respublikanın digər elmi təşkilatlarında fəaliyyət göstərən Gənc alimlər şuraları ilə əlaqə yaradılması, birgə tədbirlərin təşkili və s. vəzifələrdən irəli gələn məsələlərdən bəhs edib.
Gənc alim və mütəxəssislər şurasının seçki yığıncağında şuraya yeni sədr Laçın Novruzov, müavin isə Rəhilə İslamzadə seçilib.
© 2020 Əkinçilik ETİ