Xəbərlər

Elmi şuranın iclası keçirilib

Əkinçilik Elmi-Tədqiqat İnstitutunda (ƏETİ) Elmi Şuranın növbəti iclası keçirilib.
İclasın gündəliyində olan Ümummilli Lider Heydər Əliyevin 100 illiyi ilə bağlı tədbirlər planının təsdiq edilməsi, ƏETİ-nin 2022-ci ilə dair elmi və elmi-təsərrüfat fəaliyyətinin yekunlarına həsr edilmiş hesabat yığıncağının keçirilməsi və nəticələr üzrə irəli gələn vəzifə və prioritetlərin, Elmi və Metodiki şuraların 2023-cü ilə dair yeni tərkiblərinin seçilməsi və iş planlarının təsdiqi ilə bağlı məsələlərin, ƏETİ-nin 2023-cü il üçün fəaliyyət planının, ƏETİ-nin 2023-cü il üçün elmi-tədqiqat işlərinin mövzu planlarının, institutun mövzu planına uyğun olaraq icraçıların 2023-cü il üçün iş və təqvim planları və onların təsdiqi ilə bağlı məsələlərin, institutun şöbə və laboratoriyalarının 2023-cü il üçün fəaliyyət planlarının hazırlanması ilə bağlı məsələlərin, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən təqdim edilən müxtəlif preparatların və gübrələrin sınağının keçirilməsi ilə bağlı məsələlərin, 2022-ci ildə istehsal olunmuş Kənd Təsərrüfatı Nazirliyinin bölgüsü ilə bölünmüş satılmayan toxum məhsulunun güzəştli qiymətlə satılması məsələsinin, institutun elmi əməkdaşlarının fəaliyyətinə və yüksək reytinqli jurnallarda məqalələrin nəşrinə görə stimullaşdırma məsələsinin və cari məsələlərin müzakirəsi aparılıb.
© 2020 Əkinçilik ETİ