Xəbərlər

“Heydər Əliyev ili” nə həsr edilmiş seminar keçirilib

Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev ili” elan edilməsi ilə bağlı Əkinçilik Elmi-Tədqiqat İnstitutunda «Dəqiq əkinçilik-kənd təsərrüfatında müasir və innovativ texnologiyadır» mövzusunda seminar keçirilib. Seminarın aparıcısı “Bitki fiziologiyası” şöbəsinin baş elmi işçisi, aqrar elmləri doktoru, dosent Yasin Kərimov həmin mövzüda  çıxış edərək bu texnologiya barədə, eləcə də onun əhəmiyyəti və Azərbaycanda tətbiq imkanları haqqında seminar iştirakçılarına ətraflı məlumat verib. Bundan sonra seminarın  iştirakçıları mövzu ilə bağlı məruzəçiyə müxtəlif suallar vermiş, həmin texnologiyanın əhəmiyyəti ilə bağlı fikirləri bildirmiş və  institutda bu texnologiya ilə ciddi məşğul  olacaq müvafiq  işçi qrupun yaradılmasının vacibliyini qeyd etmişlər.

© 2020 Əkinçilik ETİ