Xəbərlər

İnstitutun əməkdaşları Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü ilə əlaqədar “Zəngi“ liseyində keçirilən tədbirdə iştirak ediblər

Müstəqil Azərbaycan dövlətinin qurucusu, dahi siyasətçi və qüdrətli dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü ilə əlaqədar Ulu Öndərin zəngin siyasi irsinin, şərəfli həyat və fəaliyyətinin gənc nəsil tərəfindən öyrənilməsi işinin daha da gücləndirilməsi məqsədilə Bakı şəhərində fəaliyyət göstərən “Zəngi“ liseyində tədbir keçirilib.

Kənd Təsərrüfatı Nazirliyinin Əkinçilik Elmi-Tədqiqat İnstitutunun (ƏETİ) əməkdaşları b.ü.f.d, dosent Nizami Hümmətov, laboratoriya müdiri Laçın Novruzov və digər əməkdaşlar Əsmər Kərimova, Zöhrə Məmmədzadə, Ceyhun Mirzəyev tədbirdə iştirak ediblər.

“Kiçik akademiya” konfransında şagirdlərə Heydər Əliyevin kənd təsərüfatının inkişafındakı xidmətləri ilə yanaşı, ƏETİ-nin tarixi, elmi və təşkilati fəaliyyəti və ölkəmizin ərzaq təhlükəsizliyində rolu barədə geniş məlumat verilib. Bundan əlavə “Kiçik akademiya” üzvlərinin bir-birindən maraqlı layihələri dinlənilib, gənc tədqiqatçılarla fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, “Zəngi“ liseyinin müəllim və şagird kollektivi ƏETİ-nin gördüyü işləri yaxından izləmək üçün instutua dəvət olunublar.

© 2020 Əkinçilik ETİ