Xəbərlər

"Aprobasiyanın təşkili və keçirilməsi" mövzusunda təlimlər keçirilib

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Toxum nəzarəti və bitkiçilik şöbəsinin təşkilatçılığı ilə bölgələrdə dənli-taxıl, dənli-paxlalı və yem bitkilərində aprobasiyanın təşkili və keçirilməsi mövzusunda təlimlər keçirilib. Təlimlər Tərtər Bölgə Təcrübə Stansiyasında, Şamaxı və Salyan Dövlət Aqrar İnkişaf Mərkəzlərində keçirilib.

Tədbirdə Aqrar Xidmətlər Agentliyinin Toxum nəzarəti və bitkiçilik şöbəsinin müdiri Fikrət Feyziyev, şöbənin mütəxəssisləri Ülkər Cavadova, Gülşən Quliyeva, Labaratoriya, ekspertiza və sertifikatlaşdırma şöbəsinin müdiri Müsəllim Quliyev, İctimaiyyətlə əlaqələr üzrə sektor müdiri Murtuzəli Hacıyev, Əkinçilik ETİ-nin istehsalat üzrə direktor müavini Qərib Novruzlu və AXA-nin yerli qurumlarının 30-dan artıq mütəxəssisi iştirak ediblər.

Təlimlərdə Q.Novruzlu “Dənli-taxıl bitkilərinin toxumluq əkinlərində aprobasiyaya hazırlıq, aprobasiyanın aparılması, toxumların kondisiyaya çatdırılması və sertifikatlaşdırılması” mövzusunda təqdimatla çıxış edib. Təlimin praktiki hissəsində aprobatorlara toxumluq əkin sahəsindən analiz üçün nümunə dərzlərinin götürülməsi və təhlili praktiki şəkildə onlara nümayiş etdirilib. Seminarın gedişatında mövzu ətrafında maraqlı müzakirələr aparılıb.

© 2020 Əkinçilik ETİ