Xəbərlər

“Heydər Əliyev və Azərbaycan” mövzusunda esse yazı müsabiqəsinin keçirilməsilə əlaqədar olaraq məktəblilərlə görüş keçirilib

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar Kənd Təsərrüfatı Nazirliyinin Əkinçilik Elmi-Tədqiqat İnstitutunda (ƏETİ) təsdiqlənmiş tədbirlər planına uyğun olaraq Bakı şəhəri Sabunçu rayonu188 № - li tam orta məktəbdə “Heydər Əliyev və Azərbaycan” mövzusunda esse yazı müsabiqəsinin keçirilməsilə əlaqədar olaraq məktəblilərlə görüş keçirilib.
Görüşdə ƏETİ-nin direktoru Faiq Xudayev, institutun elmi işlər üzrə direktor müavini Sevinc Məmmədova, institutun Gənc alimlər Şurasının sədri Laçın Novruzov, 188 №-li məktəbin direktoru Sabir Mahmudov, müəllimlərdən İradə İbrahimova, məktəbin təşkilatçısı Əsmər Mahmudova və şagirdlər iştirak ediblər.
F. Xudayev çıxışı zamanı şagirdlərə Heydər Əliyevin Azərbaycanın inkişafında müstəsna xidmətlərindən, ƏETİ-nin elmi-təşkilati fəaliyyətindən və institutun ölkədə ərzaq təhlükəsizliyinin təmin edilməsində rolundan bəhs edib. Sonra o, esse yazı müsabiqəsinin qaydalarını açıqlayıb və keçiriləcək müsabiqənin Ulu Öndərin zəngin irsinin təbliğ olunması və məktəblilərdə innovativ yazı bacarıqlarının inkişaf etdirilməsində mühüm rol oynayacağını söyləyib.
ƏETİ-nin elmi işlər üzrə direktor müavini Sevinc Məmmədova cıxış edərək Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə bağlı belə müsabiqənin keçirilməsilə şagirdlərin şəxsi düşüncələrinin ifadə edilməsinin əhəmiyyətini vurğulayıb. O, diqqətə çatdırıb ki, bu müsabiqənin keçirilməsində məqsəd, həmçinin şagirdlərin yaradıcı yazı qabiliyyətlərini təkmilləşdirmək, bilik və bacarıqlarını ifadə etməkdə özünə inam qazandırmaq, araşdırmalar apararkən yeni məlumatlar və perspektivlər əldə etməklərinə imkan yaratmaqdır.
Gənc alimlər Şurasının sədri Laçın Novruzov şagirdlərə aqrar sahənin inkişafının, ümumilikdə isə ölkəmizin hər bir vətəndaşının rifahının yaxşılaşdırılmasındakı rolundan bəhs edib.
Tədbirdə çıxış edən məktəbin direktoru Sabir Mahmudov intellektual səviyyəyə və milli düşüncəyə malik gənc nəslin formalaşmasında, əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş gənclər siyasətinin uğurla davam etdirilməsində gənclərin rolundan söz açıb.
Məktəbin tarix müəllimi İradə İbrahimova bildirib ki, müsabiqənin keçirilməsində məqsəd Ümummilli Lider Heydər Əliyevin şərəfli həyat yolu və ictimai fəaliyyətinin öyrənilməsini, təməli Ulu Öndər tərəfindən qoyulmuş dövlət gənclər siyasətinin əsasında yüksək erudisiyaya, geniş dünyagörüşünə, milli düşüncəyə malik gənc nəslin yetişdirilməsini, gənclərdə vətənpərvərlik ruhunun gücləndirilməsini və azərbaycançılıq ideologiyasının təbliğini təmin etməkdir.
© 2020 Əkinçilik ETİ