Xəbərlər

Elmi Şuranın növbəti iclası keçirilib

Əkinçilik Elmi-Tədqiqat İnstitutunda (ƏETİ) Elmi Şuranın növbəti iclası keçirilib. İclasda ƏETİ-nin son illərdə Azərbaycan Respublikası ərazisində kənd təsərrüfatı məhsulları istehsalı üçün istifadəsinə icazə verilmiş və mühafizə olunan seleksiya nailiyyətlərinin Dövlət Reyestrinə daxil edilmiş bitki sortlarının ilkin toxumçuluğunun təşkil edilməsi məqsədilə nümayiş əkinlərinin aparılması, payızlıq taxıl bitkilərinin toxumluq əkinlərində aprobasiyanın həyata keçirilməsi, institutun mandatına daxil olan bitkilər haqqında maarifləndirici nəşrlərin hazırlanması və cari məsələlər barədə müzakirələr aparılıb.

© 2020 Əkinçilik ETİ