Xəbərlər

Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş tədbir keçirilib

Əkinçilik Elmi-Tədqiqat İnstitutunda (ƏETİ) Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş tədbir keçirilib.Tədbirdə Yeni Azərbaycan Partiyasının (YAP) Abşeron Rayon Təşkilatının sədri Abbas Əliyev, sədr müavini Ülvi Salmanov, institutun rəhbərliyi və kollektivi iştirak ediblər.
Tədbiri giriş sözü ilə ƏETİ-nin direktoru Faiq Xudayev açıb. Ulu Öndərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra F.Xudayev “Ümummilli Lider Heydər Əliyev və Azərbaycan” mövzusu üzrə cıxış edib. O çıxışı zamanı qeyd edib ki, Heydər Əliyev Azərbaycan naminə yorulmaz fəaliyyəti ilə hələ sağlığında xalqımızın dərin hörməti və məhəbbətini qazanaraq xalqın qəlbində özünə möhtəşəm abidə ucaldıb. Onun ideyaları bugünkü və gələcək nəsillərin əməllərində yaşayır və daim yaşayacaq. Nə qədər ki, Azərbaycan var, Heydər Əliyev də var olacaq”.
YAP-ın 2 saylı sovxoz üzrə təşkilat sədri Sevindik Dünyamalıyev “Azərbaycan dövlətçiliyinin qorunub saxlanmasında Heydər Əliyevin rolu”, YAP Abşeron rayon təşkilatının sədri Abbas Əliyev “Heydər Əliyev Azərbaycan dövlətçiliyinin və YAP-ın yaradıcısıdır”, ƏETİ-nin Torpaq və bitki analizləri laboratoriyasının müdiri Laçın Novruzov “H.Əliyevin Azərbaycan gəncliyinin inkşafındakı rolu və töhfələri”, Davamlı əkinçilik və bitki diversifikasiyası şöbəsinin böyük elmi işçisi Solmaz Baxşəliyeva “Kənd təsərrüfatının inkişafında qadınların rolu” mövzularında çıxışlar ediblər.
Tədbirin yekununda Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə institutun bir qrup əməkdaşı və gənc mütəxəssisləri YAP-a üzv qəbul olunublar. Onları təbrik edən institutun direktoru bildirib ki, Ümummilli Lider Heydər Əliyevin sədrliyi ilə yaradılan YAP-ın ölkəmizin inkişafında mühüm xidmətlər göstərməsi, partiyaya olan böyük inam və etimadın təzahürü olaraq YAP sıralarına qoşulanların sayı daim artır.
© 2020 Əkinçilik ETİ