Xəbərlər

Qarışıq səpinlərin becərmə texnologiyası öyrənilir

Kənd Təsərrüfatı Nazirliyinin Əkinçilik Eimi-Tədqiqat İnstitutunun (ƏETİ) Ağstafa Yardımçı Təcrübə Təsərrüfatında qarışıq səpinlərin becərmə texnologiyası öyrənilir. Belə ki, “Gəncə-Qazax bölgəsinin dəmyə və suvarılan torpaqlarında birillik taxıl otları və paxlalı bitkilərin qarışıq səpinlərinin becərmə texnologiyasının öyrənilməsi, onların torpağın fiziki keyfiyyətinin yaxşılaşdırılmasında rolu” adlı işin çöl tarla təcrübəsi aparılır.

Təcrübə Əkinçilik ETİ-nin “Davamlı əkinçilik və bitki diversifikasiyası” şöbəsinin mövzu, iş və təqvim planına uyğun olaraq, böyük elmi işçi Qabil Kazımov tərəfindən həyata keçirilib. Təkrarlar üzrə təmiz və qarışıq səpinlərin ayrı-ayrılıqda yaşıl kütlə məhsuldarlığı təyin edilib. Təmiz və qarışıq səpinlərin kimyəvi tərkibinin öyrənilməsi məqsədilə nümunələr götürülub və həmin nümunələrin analizə verilməsi nəzərdə tutulub.

© 2020 Əkinçilik ETİ