Xəbərlər

Yüksək məhsuldarlığa malik buğda və arpa sortlarının fermer təsərrüfatlarında nümayişi ilə bağlı tədbir keçirilib

Kənd Təsərrüfatı Nazirliyinin Əkinçilik Elmi - Tədqiqat İnstitutunun yüksək məhsuldarlığa malik taxıl sortlarının müxtəlif torpaq-iqlim şəraitində becərilməsi və fermerlərə tanıdılması məqsədilə 2022-ci ilin payızında respublikanın 30 rayonunda 20-dən artıq buğda və arpa sortlarının nümayiş əkinləri həyata keçirilib. Belə ki, Aqrar Xidmətlər Agentliyinin, Aqrar Təlim Mərkəzinin və Dövlət Toxum Fondunin iştirakı ilə fermer təsərrüfatlarında səpin aparılıb.
Ötən dövr ərzində fermer təsərrüfatlarına mütəmadi olaraq həmin sortların becərmə aqrotexnikası haqqında müvafiq tövsiyyələr verilib və bir sıra tədbirlər həyata keçirilib. 
Həmin tədbirlərdən biri də Beyləqan rayonunda baş tutub. Tədbirdə rayonun taxılçı fermerləri və mütəxəssislər iştirak ediblər. Əkin sahəsində olan 5 buğda 2 arpa sortu, yüksək məhsuldarlığı ilə fermerlərin böyük marağına səbəb olub. Mövzu ətrafında maraqlı müzakirələr aparılıb.
Tədbirdən sonra Füzuli rayonunda olan nümayiş əkininə də baxış keçirilib.
© 2020 Əkinçilik ETİ