Xəbərlər

Əkinçilik Elmi-Tədqiqat İnstitutu ilə Özbəkistanın kənd təsərrüfatı üzrə elmi-tədqiqat müəssisələri arasında əməkdaşlıq görüşü keçirilib

Əkinçilik Elmi-Tədqiqat İnstitutunda Özbəkistan Respublikasının Bitki Genetik Ehtiyatlar İnstitutunun nümayəndələri və Karakalpak Respublikasının tədqiqatçı alimləri ilə görüş keçirilib. Görüş zamanı genetik resursların saxlanılması, genbankın yaradılması, molekulyar biologiya sahəsində aparılan işlər haqqında fikir mübadiləsi aparılıb.

Görüşün sonunda Əkinçilik Elmi-Tədqiqat İnstitutu ilə Özbəkistan Respublikasının Bitki Genetik Ehtiyatlar İnstitutu arasında əməkdaşlıq məqsədi ilə anlaşma memorandumu bağlanılması razılaşdırılıb.

© 2020 Əkinçilik ETİ