Xəbərlər

İnstitutun əməkdaşı beynəlxalq forumda iştirak edib

Qazaxıstan Respublikasının Astana şəhərində “İqlim davamlılığı və ərzaq təhlükəsizliyi üçün Biotexnologiya”  2-ci  Beynəlxalq Aqro-Biotexnologiya forumu keçirilib.

Forumda İslam Əməkdaşlığı Təşkilatı üzv ölkələrində aparılan biotexnoloji tədqiqatların nəticələrinin müzakirəsi aparılıb və mümkün inteqrasiya yolları təklif olunub. Forumda Ərzaq Təhlükəsizliyi üçün İslam Təşkilatı (IOFS) baş direktoru Prof. Yerlan A. Baidaulet, İslam Əməkdaşlığı Təşkilatının Elm və Texnoloji əməkdaşlıq üzrə komitəsinin (COMSTECH) baş koordinatoru Prof. M. Iqbal Choudhary giriş nitqi ediblər. Forumda Pakistan, Qazaxıstan, Mərakeş, Tunis, Banqladeş, İordaniya və s. ölkələrdən olan tədqiqatçıların məruzələri dinlənilib.

Tədbirə Əkinçilik ET İnstitutunun Bitki fiziologiyası şöbəsinin müdiri b.e.d., dos. Tofiq Allahverdiyev zoom platforması üzərindən qoşulub və müzakirələrdə iştirak edib.

© 2020 Əkinçilik ETİ