Əkinçilik Elmi-Tədqiqat İnstitutunda yubiley tədbiri keçirilib
Kənd Təsərrüfatı Nazirliyinin Əkinçilik Elmi-Tədqiqat İnstitutunda 1958-ci il təvəllüdlü Fərzəliyeva Elmira Əvəz qızının yubiley mərasiminə həsr edilən tədbir keçirilib.
Yubiley tədbirində institutun direktoru Faiq Xudayev çıxış edərək Elmira Fərzəliyevanı zəhmətsevər, qayğıkeş həmkar və mehriban insan kimi xarakterizə edən cəhətlərdən söz açıb, yubilyarın kollektivə münasibəti və davranışının gənclər üçün örnək mahiyyətini qeyd edib.
O həmçinin bildirib ki, Elmira Fərzəliyeva 2005-ci ildən Əkinçilik Elmi-Tədqiqat İnstitutunda laborant və aqrotexnik kimi fəaliyyət göstərib.
Həmkarları da çıxışlarında Elmira Fərzəliyeva haqqında öz ürək sözlərini, arzularını səsləndirib.
Sonda yubilyar xoş sözlərə və ona göstərilən diqqətə görə institutun rəhbərliyinə öz təşəkkürünü bildirib.
Əkinçilik ET İnstitutunun kollektivi ömrünün müdriklik çağına qədəm qoyan, heç kimdən köməyini əsirgəməyən qayğıkeş insan, əməksevər və intizamlı həmkar, mehriban ana, nənə - Fərzəliyeva Elmira Əvəz qızını əlamətdar yubiley – anadan olmasının 65 illiyi münasibətilə ürəkdən təbrik edir, ona uzun ömür, həyatda şirin nemət olan möhkəm can sağlığı və daim gümrah olmağı arzulayır.