Xəbərlər

Əkinçilik ET İnstitutunun əməkdaşları BMT-nin Qida və Ərzaq Təşkilatının (FAO) təşkil etdiyi təlimdə iştirak ediblər

Kənd Təsərrüfatı Nazirliyinin Əkinçilik Elmi-Tədqiqat İnstitutunun əməkdaşları Beynəlxalq Heyvandarlıq Mütəxəssisi və LEAP (Heyvandarlığın Ekoloji Göstəricilərinin Qiymətləndirilməsi və Yaxşılaşdırılması Əməkdaşlığı) Meneceri tərəfindən NSAL və FAO Sub-Regional Ofisi (SEC) ilə birgə keçirilən “Heyvandarlığın Biomüxtəlifliyə Təsirinin Qiymətləndirilməsi üzrə LEAP Təlimatlarını tətbiq etmək üçün texniki potensialın inkişafı”na həsr edilmiş Hibrid formatlı üç günlük təlimdə iştirak ediblər.

Təlimdə biomüxtəlifliyin və biomüxtəlifliyə təsirin qiymətləndirilməsinin əhəmiyyəti, heyvandarlıq sektorunun biomüxtəlifliyin qorunmasına təsiri, mövcud heyvandarlıq sistemlərinin tipləri, biomüxtəlifliyə təsirlərin qiymətləndirilməsi problemləri, biomüxtəlifliyə təsirin regional qiymətləndirilməsinin aparılması, torpaqdan istifadənin biomüxtəlifliyə təsirini xarakterizə edən amillərin müəyyən edilməsi və milli biomüxtəlifliyə təsirlərin qiymətləndirilməsinin aparılması yolları əhatə edilib.

© 2020 Əkinçilik ETİ