Elmi Şuranın növbəti iclası keçirilib
Əkinçilik Elmi-Tədqiqat İnstitutunda (ƏETİ) Elmi Şuranın növbəti iclası keçirilib. ƏETİ-nin mövzu planına və tədqiqat proqramlarına uyğun olaraq elmi və elmi-təşkilati fəaliyyətinə həsr edilmiş yarımillik qısa hesabatlar, institutun strukturuna daxil olan BTS-lər və DM-lərdə dənli və dənli paxlalı bitkilərin məhsul yığımının nəticələri və mövcud vəziyyəti və cari məsələlər barədə müzakirələr aparılıb.