Xəbərlər

“İqlim dəyişikliyi təsirlərinə uyğunlaşmada otlaqların yaxşılaşdırılmasının əhəmiyyəti” mövzusunda tədbir keçirilib

Əkinçilik Elmi-Tədqiqat İnstitutunun Abşeron Yardımçı Təcrübə Təsərrüfatında (YTT) (yemçilik istiqamətli, Güzdək qəsəbəsi) “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində aqrar sahədə çalışan fermerlər və sahibkarlar üçün “İqlim dəyişikliyi təsirlərinə uyğunlaşmada otlaqların  yaxşılaşdırılmasının əhəmiyyəti” mövzusunda tədbir keçirilib.

İnstitutun Abşeron YTT-nin direktoru Arif Abbasov açılış nitqi ilə iştirakçıları salamladıqdan sonra, COP29-un əhəmiyyətindən və Əkinçilik ETİ-də keçirilən silsilə tədbirlərin davamı kimi iqlim dəyişikliyi təsirlərinə uyğunlaşmada otlaqların yaxşılaşdırılmasının rolundan bəhs edib.

Sonra tədbir çərçivəsində institutun əməkdaşları Atif Zamanov, Abdürrəhman Adıgözəlov, Gülnarə Kərimova, Mehman Məmmədov və digər iştirakçılar “Mədəni otlaqların heyvandarlıqda rolu”, “Otlaqların əsaslı yaxşılaşdırılmasında bitki növlərinin düzgün seçilməsinin əhəmiyyəti”, “Alternativ yem bitkilərinin əhəmiyyəti”, “Mədəni otlaqların yaradılmasında gübrələrdən istifadənin effektliliyi” mövzularında çıxış ediblər.

Tədbirdə iştirak edən Abşeron rayonu “Heyvan sağlamlığı və baytarlıq xidmətləri” idarəsinin şöbə müdiri Murad Nuriyev, əməkdaşları Ələkbər İmanov, Seyran Vahidov, 1 saylı Dövlət Aqrar İnkişaf Mərkəzinin sektor müdiri Mustafa Allahverənov, Pereküşkül qəsəbəsindən fermer İlqar Rüstəmov, Qobustan rayonundan fermer Rövşən Rəhmanov, Çaylı kəndindən fermer Qalib Abışov və başqaları tərəfindən səsləndirilən suallar cavablandırılıb, mövzu üzrə müzakirələr aparılıb. Tədqiqat məqsədilə yaradılmış mədəni otlaq sahəsi və müxtəlif bitkilərin əkininə baxış keçirilib.

© 2020 Əkinçilik ETİ