İnstitutun əməkdaşının “Azərbaycanın tarixi ərazilərindəki yaşayış məntəqələri adlarının erməniləşdirilməsi” adlı kitabı çap olunub
Əkinçilik Elmi-Tədqiqat İnstitutunun “Bitki fiziologiyası” şöbəsinin baş elmi işçisi, aqrar elmlər doktoru Yasin Kərimovun (Azərtürkün) 2020-ci ildə “Qanun” nəşriyyatı tərəfindən Azərbaycan və Rus dillərində nəşr olunan “Azərbaycanın tarixi ərazilərindəki yaşayış məntəqələri adlarının erməniləşdirilməsi” adlı kitabının bu günlərdə həmin nəşriyyat tərəfindən İngilis və Rus dillərində 10 ədəd siqnal nüsxəsi çap olunub. Kitabın ofset üsulla kütləvi nəşrindən sonra xarici ölkələrdə yayılması nəzərdə tutulur.