Elmi şuranın növbəti iclası keçirilib
Əkinçilik Elmi-Tədqiqat İnstitutunda (ƏETİ) Elmi şuranın növbəti iclası keçirilib. İclasın gündəliyində olan 2023-cü il məhsul istehsalı ilində ƏETİ-nin təsərrüfatlarında müxtəlif kateqoriyalardan (orjinal, super elit, elit) olan toxum materialı ilə bağlı məsələnin, institutun mövzu planına və tədqiqat proqramlarına uyğun olaraq payız əkinlərinin həyata keçirilməsi, seleksiya proqramları çərçivəsində yaradılmış və rayonlașma üçün Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinə təqdim ediləcək yeni bitki sortlarının, yeni özəl șirkətlərlə əməkdaşlığın təșkili, nəşriyyat fəaliyyəti və s. məsələlərin müzakirəsi aparılıb.