Xəbərlər

İnstitutun əməkdaşı Qubada keçirilən beynəlxalq elmi-praktiki konfransda iştirak edib

Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutu və Tərəvəzçilik Elmi-Təqdiqat İnstitutunun birgə təşkilatçılığı ilə Qubada “Qlobal iqlim dəyişikliklərinin təsirlərinin azaldılması və uyğunlaşdırılması vasitəsilə davamlı kənd təsərrüfatı istehsalının təmin edilməsi” mövzusunda canlı və onlayn formatda beynəlxalq elmi-praktiki konfrans keçirilib.

Beynəlxalq konfransın əhatə etdiyi mövzular “Qlobal iqlim dəyişikliklərinin təsiri nəticəsində meyvəçilik sektorunda yaranan problemlər və onların azaldılması yolları”, “Qlobal iqlim dəyişikliklərinin təsiri nəticəsində tərəvəzçilik sektorunda yaranan problemlər və onların azaldılması yolları”, “Ətraf mühitin dəyişkən ekoloji şəraitinə uyğun davamlı kənd təsərrüfatı bitkilərinin yetişdirilməsi”, “Kənd təsərrüfatında ekoloji təmiz məhsulun əldə edilməsi və pestisidlərin istifadəsinin azaldılması”,”Aqrotexnologiyanın müasir problemləri, inkişaf perspektivləri və innovativ texnologiyanın kənd təsərrüfatında tətbiqi” və s.ibarət olub.

Konfransda Azərbaycan, Türkiyə, Ukrayna, Xorvatiya, Rusiya və Belarusdan müvafiq sahələrdə elmi fəaliyyət göstərən alim və mütəxəssislər iştirak ediblər.

Elmi tədbirin əsas məqsədi maraqlı tərəfləri bir araya toplayaraq iqlim dəyişikliklərinin kənd təsərrüfatının meyvəçilik və tərəvəzçilik sahələrinə olan mənfi təsirlərinin azaldılması, mövcud vəziyyətə uyğunlaşma yollarının araşdırılması istiqamətində bilik və təcrübə mübadiləsindən ibarət olub.

Təşkilatçı qurumlarla müxtəlif ölkələrin kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən müvafiq müəssisələr arasında əməkdaşlığın qurulması, mövcud əlaqələrin daha da gücləndirilməsi, birgə həyata keçirilə biləcək elmi-tədqiqat layihələrinin müzakirəsi də konfransın məqsədləri sırasında qeyd edilib.

Konfransa iqlim dəyişikliklərinin kənd təsərrüfatının bitkiçilk sahələrinə olan mənfi təsirlərinin azaldılmasında, mövcud vəziyyətə uyğunlaşma yollarının araşdırılmasında maraqlı olan alim və tədqiqatçılar dəvət edilib.

Konfransın nəticəsi olaraq, alimlər arasında tərəfdaşlıqda gələcək irəliləyiş son strategiyalar əsasında qurulacaq.

 Konfransda Əkinçilik Elmi-Tədqiqat İnstitutunun “Davamlı əkinçilik və bitki diversifikasiyası” şöbəsinin müdiri b.ü.f.d., dosent Təmraz Təmrazov onlayn şəkildə iştirak edib. O, “Becərmə amillərindən asılı olaraq müxtəlif bitki nümunələrinin inkişaf dinamikasına torpaq becərmələri və qidalanma şəraitinin təsiri mövzusu üzrə təqdimatla geniş çıxış edib. T. Təmrazov mövzu ətrafında yaranan sualları ətraflı şəkildə cavablandırıb.

© 2020 Əkinçilik ETİ