Xəbərlər

Elmi - tədqiqat işlərinin vəziyyəti, problemlər və qarşıda duran vəzifələr müzakirə olunub

24.04.20 tarixində Aqrar Elm və İnnovasiya Mərkəzinin direktoru İmran Cümşüdovun rəhbətliyilə keçirilən videokonfransda  Aqrar Elm və İnnovasiya Mərkəzinin direktor müavinləri Fərman Kərimov, Samir Süleymanov, Əkbər Abbasov və şöbə müdiri Cavanşir Təlai, Əkinçilik ET İnstitutunun direktoru Faiq Xudayev və institutun tabeliyində  fəaliyyət göstərən Bölgə Təcrübə Stansiyalarının, Dayaq Məntəqələrinin, Yardımçı Təcrübə Təsərrüfatlarının direktorları iştirak ediblər.Videokonfransda bölgə təsərrüfatlarında aparılan elmi tədqiqat işlərinin vəziyyəti, problemlər və qarşıda duran vəzifələr müzakirə olunub, mövcud vəziyyət dəyərləndirılib və carı tapşırıqların icrasına dair tövsiyələr səsləndirilib. Eyni zamanda taxıl sahələrində alaq otlarına, xəstəlik və ziyanvericilərə qarşı aparılan aqrotexniki tədbirlərlərin yerinə yetirilməsi ilə bağlı müzakirələr aparılıb.

https://www.facebook.com/ekinchilik.institutu/videos/231718977937002

© 2020 Əkinçilik ETİ